Rədd olub mağaranıza gedin

29 Baxış

NEILDE Dünyaca məşhur astrofizik Neyil de Qrasse Tayson Massachusetts Amherst Universitetinin məzuniyyət gecəsində çıxış edib. O, universitetin məzunlarına gələcək həyatlarında lazım olacaq məsləhətlər verib.

1.Azad bir cəmiyyətdə ən təhlükəli adamlar, əslində heç nə bilməyib, ancaq hər şeyi bildiyini düşünənlərdir. Təəsüf ki, bu insanlar çox zaman idarəedici funksiyaya sahib olurlar.

2. Tək gerçək elmdir. İlk insanlar mağarada yaşayırdılar. Onlar təmiz havaya, suya sahibidilər. Yeməklərində heç bir GMO yox idi. Ancaq bütün bunlara rəğmən orta insan ömrü 35 idi. Deməli, ömrümüz təkcə təmiz hava, sudan, yeməklərdən asılı deyil. Elm və texnologiyanın inkişafı təkcə insanın sağlam yaşamasına yox, onun daha çox yaşamasına xidmət edir. Elmi nədəsə ittiham etməmişdən qabaq, bu barədə bir də fikirləşin. Ya da rədd olub mağaranıza gedin.

3. Dünyadakı problemlər üçün siyasətçiləri günahlandırmaq dövrü artıq bitib. Bütün hallarda o siyasətçiləri seçiciləri təmsil edir. Əgər hər hansı bir siyasətçinin fikirləri ilə razılaşmırsınızsa, deməli onu seçən seçicilərlə də razılaşmırsınız.

4. İnsanların ideallaşdırılmasına qarşıyam. Bronksda böyümüşəm. Əgər hər sahədə ideal axtarmalı olsaydım, astrofizik olmağım üçün Bronksda başqa bir qara astrfozikə ehtiyacım olardı. Arzuladığınız işi görməyin üçün, qarşında nümunə götürəcək biri yoxdursa, özün özünə nümunə ol!

5. Bunu heç vaxt unutmayın: “Sizin kim olmağınızdan, nə qədər vacib biri olmağınızdan asılı olmayaraq kainat həmişə sizdən daha böyükdür. Bu fikir çox sadə olsa da, bəziləri bunu anlamaqda çətinlik çəkir.

6. Hə, bir də yadımdan çıxmamış deyim. Dünya sizi öldürməyi çox yaxşı bacarır. Bu günə qədər dünyada mövcud olan növlərin 97 faizi artıq yoxdur. Bunu belə də düşünə bilərik. Dünya bu gerçəyi bildiyi halda, yenə də bizə yaşamağa icazə verir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Bölməsiz, Manşet, Sənət
KÖŞƏ YAZARLARI
TOP 10