“Rəqib” – yeni detektivdən 10-cu hissə – EKSKLÜZİV

368 Baxış

reqib10
Senet.az ədəbiyyat və sənət dərgisində hər həftənin bazar ertəsi yayımlanan layihəsi – “CİNAYƏT MASASI”

 Detektiv yazıçı Müşfiq XANın “Rəqib” adlı yeni əsərindən 10-cu hissəni ilk dəfə dərgimizin oxucuları üçün yayımlayırıq *

 * romanın yeni hissələri hər dəfə redaktəsiz təqdim edilir

** Layihəyə aid olan ilk 6  buraxılışı dərgimizin axtarış bölümündə “Cinayət masası” yazmaqla tapıb oxuya bilərsiniz.

Cinayət masası № 5

Əsərin 1-ci hissəsi

Cinayət masası № 6

Əsərin 2-ci hissəsi

Cinayət masası № 7

Əsərin 3-cü hissəsi

Cinayət masası № 8

Əsərin 4-cü hissəsi

Cinayət masası №9

Əsərin 5-ci hissəsi

Cinayət masası №10

Əsərin 6-cı hissəsi

Cinayət masası №11

Əsərin 7-ci hissəsi

Cinayət masası №12

Əsərin 8-ci hissəsi

Cinayət masası №13

Əsərin 9-cu hissəsi

 

 

10

 

Palatada çox qalmadılar. Sato, həkimin Elnuru bir-iki dəqiqəlik ayıltması üçün etdiyi təklifdən də daşınmışdı. Həyati təhlükəsi çox olduğuna görə risk etmədi. Yaqutu danışdırmaq üçün həkimin otağını seçdi.

– Oğlunuzun son vaxtlar kiminləsə problemi, yaxud da düz gətirməyən işi olmuşdumu?

– Elnuru bir aydır görmürük. İşləri çox olduğuyçün rayona – yanımıza da gələ bilməmişdi. Ancaq telefonla danışırdıq.

– Bəlkə sizə, ya da ki, yoldaşınıza açıb dediyi hansısa sirri var. Ola bilər?

– Oğlum çox qapalı adam olduğuna görə problemləri olsa, da bu barədə nə mənə, nə də atasına heç vaxt danışmaz. Uşaqlıqdan bəri belədir. Şəhərdəki iş-gücünə öz zəhməti bahasına nail olub. Yəqin bilirsiz, evin tək oğludur. Amma inandırım sizi ki, ağlı kəsənnən özü işləməyə başlayıb. Baxmayaraq ki, bizim də elə əvvəldən pis deyil.

– Arifi çoxdan tanıyırsız?

– Açığı bizim rayonnan olsa da, Elnurla dostluq edənə qədər tanımırdım. Allah ömrünü uzun eləsin, o da tək uşaqdı. Bacısı lap erkən yaşlarında maşın qəzasında dünyasını dəyişib.

Yaqutun sonuncu cümləsindən sonra Satonun tükləri biz-biz oldu. Bədəninə həyəcanqarışıq istilik çökdü. Qeyri-ixtiyari nəbzi sürətləndi. Özünü itirdiyini biruzə verməməkçün üçünü yana çevirdi. Baş müstəntiq illər əvvəl hərbi xidmətdən qayıdanda həyatda ən çox və yeganə sevdiyi insanı – Aynuru da avtobil qəzasında itirmişdi. Araya sıxıntılı bir sükut çökdü.

– Hadisə baş verən günü Arif təxminən saat neçədə gəlmişdi rayona? – Sato özünü ələ alıb kefinin pozulduğunu qadına hiss etdirməməyə çalışdı.

– Axşam saat onnan sonra idi. Bəlkə də on birin yarısı. Dəqiq xatırlamıram.

– Sizcə Əkrəm müəllim dəqiq xatırlaya bilər?

– Yox, oğlum. Biz tez yatırıq. Arifin gələcəyini bildiyimçün çay-çörək hazırlamışdım. Həm də heyvanımızın balası olacaq, işləri yerbəyer edib tövləyə düşməyə hazırlaşırdım ki, Arif gəldi. Onda Əkrəm yeddinci yuxudaydı. Kişi lap tez yatır.

Sato söhbətə razılaşdığı üçün qadına təşəkkür edib otaqdan çıxdı. Fikirləri alt-üst olmuşdu. Bu an içi özünü yandırırdı, çöl də özgəni…

 

***

 

Şəbnəm məktubları bir kənara itələdi və yenidən kürəyini divara dayadı. Ölümü və sonrakı qaçışından bəri geyindiyi əzik-üzük, toz-torpağa bələnmiş paltarlarına baxdı:

– Buna bir bax, bərbad haldayam!

Yazı masası arxasında oturan adam yazdığı məktuba fasilə verib diqqətlə onu incələdi. Saçlarının bir hissəsinin işıldayan gözlərinin önünü kəsməsi, solğun əllərini fərqinə varmırmış kimi dua edircəsinə bir-birinə çarpazlamış olması, nəyi gizlədib, nəyi ona etiraf edəcəyini kəsdirməyə imkan vermirdi. İstehzalı tərzdən daha çox, maraqlı səs tonuyla Şəbnəmə səsləndi:

– Mənimçün gözəl görünürsən. Gözəldən də gözəl. Amma sənə öz evimnən bir neçə paltar gətirmişəm.

Saçını üzündən geriyə atdı. İndi Şəbnəmin zərif üzünü daha rahat görə bilirdi. Ayağa qalxıb qadının yanında oturmaqçün ona tərəf gəldi.

– Nə, – deyə soruşdu Şəbnəm. Yenə cavab vermədi. Qadın sualı bir daha təkrarladı.

Yazı masasının arxasından duran gənc adam Şəbnəmin yanında oturdu və ayağını-ayağının üstünə aşırdı:

– Düşünürəm, – cavab çaşqın qadının sualına uyğun olmasa da, susmamaqçün yola verməyə çalışdı.

– Hə, eləmi, eləmi?! Nə düşünürsən? – səsində gülümsəmənin izləri və sanki gənc adamın heç orda olduğunu görmürmüş kimi inanılmaz bir xoşbəxtlik var idi.

– Necə deyim… Səni yalnız ölüykən həqiqətən öpdüm. İndi həyatda olduğuna görə, yubanmadan, yəni fürsət düşmüşkən, – gənc adam fikrinin davamını gətirməyib Şəbnəmə göz vurdu. Sonra nə düşündüsə, əlavə etdi:

– Və indi bizi izləyən, yaxud da öldürməyə çalışan heç kimin olmadığına görə, səni həqiqətən öpməyin necə bir hiss olduğunu görmək istəyirəm.

Şəbnəm qəhqəhə çəkdi. Geçək bir qəhqəhə.

– Əzizim, başıma bunun gələcəyini heç vaxt düşünməzdim. Amma mən həqiqətən də ölüyəm… – qadın bunu deyib səsini kəsdi və qollarını gənc adamın boynuna sarıdı.

– Bu heç gülməli deyil amma, – adam dodaqlarını onun dodaqlarına yaxınlaşdırmaqçün başını qəribə tərzdə irəli əydi. Qadının dodaqları öncəkinin əksinə olaraq isti və titrəyişliydi. Fikirləri bir anlıq bədənində özünün deyil, bir başqasının qanının dolaşdığı düşüncəsi ilə qarşı-qarşıya gəldi, amma yaxşı analiz etmə fürsəti olmadan Şəbnəm onu sərt şəkildə divara doğru itələdi və bədənini gənc adama dayadı. Bir əli saçında, başını arxaya doğru çəkərək qırtlağını açığa çıxardı. İlıq nəfəsiylə oyunbazcasına dilinin və dişlərinin ucunu qıdıqlayırdı. Qadın özündən razı halda gülərək gənc adamın gözlərinin içinə baxmaq üçün ara verdi:

– Qorxursanmı?

– Bir az.

– Nədən? – qadının ilıq nəfəsi ilə bərabər, dinc dayanmayan dili bu dəfə yanağında və qulağında gəzişdi. – Səni incidəcəyimnənmi qorxursan?

Şəbnəm bunu deyib qımışaraq göz vurdu.

– Buna görə deyil. Amma həqiqətən də xeyli vaxtdı, – gənc adam bu dəfə də fikrini tamamlamaqdan vaz keçdi. Aylardır arzu etdiyi qadın sanki indi onu hipnoz etmişdi. – Şəbnəm, bilmirəm necə izah edim. Qorxuram özümü tez itirərəm. Məncə nə demək istədiyimi anlayırsan.

Şəbnəm qıvraq hərəkətlə adamın köynəyinin düymələrini açdı və od tutubmuş kimi isti əllərini sinəsində gəzdirdi. İstəmədən arxaya doğru uzandı:

– Narahat olma, ilk dəfə olduğuyçun səni incitməyəcəm.

Bunu deyib dırnaqlarını onun sinəsinin həssas dərisi üzərində sərt şəkildə gəzişdirərək qızartdı. Gənc adam heyrətlə nəfəsini sıxıb özünü zorla saxladı. Şəbnəm ləngimədən dırnaq izlərini öpdü və gənc adamın başını əlləri arasına alaraq nəfəsini kəsən və nəbzini seyrəkləşdirən öpüşlərlə dodaqlarını dodaqlarında kipləşdirdi. Yerində ayaqları arasına yığışmış paltarı çıxara biləcək qədər dikəlib adamın kəmər toqqasını yoxladı. Qadın bu an sanki özünü arzularının qarşısını alan əllərinin ixtiyarına buraxdı. Şəbnəmə elə gəldi ki, toqqanı açması ilə onu özünə sarı çəkməsi bircə saniyə çəkdi.

Gənc adamın üzərində xəfifcə yelləndikcə onlar sanki bir-birinə qandallanmışdılar. İçindəki bütün gərginliyi və keçən həftəki uğursuzluğu Şəbnəmin bütün sevgisinin fizioloji təsdiqi və zövq girdabı içində yox oldu. Günlərdir həsrətini çəkdiyi bu qadını təkrar-təkrar özünə tərəf çəkəndə bu dəfə özünü toplayıb Şəbnəmin belini qucaqladı – dərisi qulağını isindirən nədəsi qədər zərif idi.

Şəbnəm daha əvvəllər xəyal etmədiyi qədər zövqlə qarşılıq verərək onun əllərində titrədi və yığılıb inildədi. İçindəki coşqu fırtınası gənc adamın başını gicəlləndirməyə başlamışdı. Bu an hiss etdikləri bütün duyğular göy qurşağını açmaq üçün uclarında qoyulmuş titrək və gərgin bir ipə bənzəyirdi. Saysız-hesabsız rənglər Şəbnəmin biləklərini, qollarını və gözlərini örtənə qədər daha da sıxlaşdı. Bir qəlbdən digərinə gedib-gələn xoşbəxtlik kəmərinə çevrilmişdilər.

Zaman sadəcə bir seyredici olmaqdan utanıb gizlənərkən, onlar dünyanın bütün sərhədlərindən daha uzağa və yüksəyə qalxmışdılar. Məscid onları müqəddəs qolları arasına aldı və bir olan bədənlərin müqəddəs səssizliyində eşq gələcəyə sahib çıxdı. Üzərlərinə heç vaxt bu qədər şiddətlə duymadıqları həzverici dalğa vurdu. O qədər azğın dalğa ki, sanki atəş idi. Gənc adam inildəyərək onun içində əridi, Şəbnəmsə onun ətrafında yanır və vücudu onu dərinlərə qədər içinə almışkən titrəyirdi. Olub bitmişdi. Zaman ani yaranan boşluğa düşüncəsizcə doldu. Şəbnəm gənc adamın üzərinə çevrildi. O da səsizcə Şəbnəmə sarıldı. Sonra naqolay dayanmasından dolayı beli ağrıdı və onu kənara itələdi:

– Aman Allah! – bir anlığa bunu düşündü. – Burda etməklə günah iş tutduq…

– Onun vecinə də deyil, – Şəbnəm etiraz edirmişcəsinə başını yelləyib sağ əli ilə yuxarını işarə etdi.

Gənc adamın yorğunluqdan göz qapaqları yumulurdu. Bunun baş verməməsiyçün bayaqdan dəridən-qabıqdan çıxırdı.

Şəbnəm barmaqlarının ucunu onun yanağındakı kirli saqqallarında gəzişdirdi:

– Bir şey yemək istəyirəm.

Gənc adam diksinərək yerində dikəldi:

– Bir insanmı?

– Xeyr. Heyvan ola bilər. Amma tezliklə öləcək bir heyvan, – nə düşündüsə, tələsik əlavə etdi. Səsi kəsildi.

– Siqaret çəksən olmazmı?

– Siqareti tərgitməkçün kömək edəcəyini düşünmüşdüm.

– Hə, amma bu əvvəllər idi.

– Sadəcə indi özümü həddinnən artıq həyata bağlı hiss edirəm.

– Amma deyilsən! – gənc adam mızıldanıb, köynəyini əyninə çəkərək oturduğu yerdən qalxdı. Səbəbini anlamasa da, Şəbnəmdən iyrəndiyini hiss etmişdi…

 

***

 

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10