“Rəqib” – yeni detektivdən 5-ci hissə – EKSKLÜZİV

539 Baxış

 unnamed

 Senet.az ədəbiyyat və sənət dərgisində hər həftənin bazar ertəsi yayımlanan layihəsi – “CİNAYƏT MASASI”

 Detektiv yazıçı Müşfiq XANın “Rəqib” adlı yeni əsərindən 4-cü hissəni ilk dəfə dərgimizin oxucuları üçün yayımlayırıq *

 * romanın yeni hissələri hər dəfə redaktəsiz təqdim edilir

** Layihəyə aid olan ilk 4 buraxılışı dərgimizin axtarış bölümündə “Cinayət masası” yazmaqla tapıb oxuya bilərsiniz.

 

Cinayət masası № 5

Əsərin 1-ci hissəsi

 

Cinayət masası № 6

Əsərin 2-ci hissəsi

 

Cinayət masası № 7

Əsərin 3-cü hissəsi

 

Cinayət masası № 8

Əsərin 4-cü hissəsi

 

5

 

Hava təxminən qırx dəqiqə olardı ki, qaralmışdı. Şəhərin mərkəzi küçələrindən birində tələsmədən gəzişən adam ötən gün təxminən bu saatlarda baş vermiş qətl hadisəsinin daha bir şübhəlisini axtarmaqçün yola çıxmış, buna görə də ətrafda bir az əvvəl işıqlandırılmış gecə klublarının, barlarının girişi üzərindəki lövhələri rahat oxuya biləcəyi tərzdə addımlayırdı. Bu adam prokurorluğun açılmayan qətllər üzrə baş müstəntiqi Saday Oğuzun təlimatı ilə axtarışa çıxmış Gündüz idi…

İnsanların içinə qarışmaq və diqqət çəkməmək asan idi. Ətrafda insan əlindən tərpənmək olmurdu – saysız-hesabsız gənc sevgililər, beşi-altısı bir manata limon satan orta yaşlı qadınlar, bir-iki dəfə istifadə etməkçün istehsal olunan elektrik üzqırxanları, qol saatları, təsbeh-muncuqları müştərilərinə sırımaq istəyən çinli-koreyalı səyyar satıcılar azmış kimi, onsuz da ahənglikdən əsər-əlaməti qalmayan bu küçənin cizgilərini ənlik-kirşanı necə istifadə etməyi bacarmayan yeniyetmə qızlar kimi pozan tör-töküntü geyimli qaqaşlar ümumiyyətlə alt-üst edirdilər. Qısa ətəklərdə rəfiqəsi ilə küçəboyu podium nümayişinə hazırlaşırmış kimi yürüyən qızlar, otuz-qırx santimetrlik addımı zorla atacaq qədər dar şalvarlar geyinib tək harasa tələsdiyini göstərməyə çalışan qaraşınlar, mövsümü, istini daha çox hiss etdirən cins şortlar geyinib sevgilisi ilə xoşbəxt olduğunu göstərməyə çalışan sarışınlar və ümumiyyətlə dünyanın müxtəlif ölkələrindən bu küçəyə təşrif buyuran yerli gənclərdən geyimi-keçimi, rəftarı ilə diqqət çəkəcək qədər fərqlənən bütün insanlara hamıdan çox yaxınlaşan da elə köhnə-külə paltarların içərisində itib-batmış, hamıya eyni üsulla yaxınlaşıb şəkil satmağa çalışan həmin bu qaqaşlar idi:

– Ətağa köməyiniz olsun.

– Nə verərsüz-verərsüz.

– Eybi yox yoxuzdusa bir manat verin.

Və beləcə qarşı tərəflərin – alıcıların yalnız jest, ironiya, yaxud ələsalmaları ilə baş tutan bu qısa monoloqları yerli gənclərçün bezdirici, gəlmələrçünsə çox maraqla qarşılanırdı. Çünki belə möcüzəvi ticarət dünyada yalnız bu küçənin aid olduğu məmləkətdə baş verirdi (Verə bilərdi yox ha, verirdi).

İyirmi yaşlarında reklam broşürləri paylayan gənc Gündüzün diqqətini çəkdi. Tanımadığı hər kəsə qarşı istifadə etdiyi xarakterik ədayla ona yaxınlaşdı.

– Eyyy! – heç vaxt nəzakətli olmamışdı.

– Buyur, dostum. Kimisə axtarırsan? – daha çox avaraya oxşayan gənc adam yeni müştərisini rahat loxma gözüylə baxdı.

– Əlindəki nədi? – Gündüz başını aşağı əyib gözünü üzərində qadın şəkilləri və hansısa gecə klubunun telefon nömrələri olan kitabçaya dikdi. Amma digər səhifələri görə bilmirdi. Axtardığı adam isə baxdığı iki səhifədə olan səkkiz nəfər qızın arasında deyildi.

– Sadəcə nə axtardığını de, dostum, – daha çox mahir bir aktyorun edə biləcəyi qədər dostca davrandı.

Oğlan qollarını uzadanda Gündüz kitapçaya bənzəyən reklam broşürünün daha iki səhifəsinə də nəzər saldı. Amma bu dəfə də axtardığını görə bilmirdi. Bəlkə də Elnurun feysbukda danışdığı qızın şəkli də ev ünvanı kimi başqasına aid idi. Təəssüf ki, indi Gündüzün başqa çarəsi də yox idi. Qızın bir neçə ay əvvəl kirayə qaldığı evin sahibəsi onun bu küçədəki gecə klublarından, yaxud o qədər də uzaq olmayan otellərdən birində işlədiyini demişdi. Təxmini ünvana, bildiyi ada və gördüyü şəklə görə axtarıb-tapmalıydı. Başqa çıxış yolu yox idi.

– Bunları al. Telefon nömrələrindən hansına istəsən zəng edə bilərsən. Amma bu payladığım kağız kimi pulsuz deyil, – oğlan bunu deyib dişlərini ağartdı. – Bir az pul xərcləməli olacaqsan. Əlbəttə, əgər istəsən ki…

Reklam kitabçasını paylayan gənc Gündüzün bir neçə addım uzaqlaşıb yoluna davam etməsinə baxmayaraq hələ də nəsə danışırdı.

Cinayət-axtarış şöbəsinin əməkdaşı kitabçanı aldığı kimi də yoluna davam edib, bir az oturub rahat baxmaqçün yaxınlıqdakı yerlərə nəzər saldı. Daha artıq danışmaq, ünsiyyət qurmağa ehtiyac yox idi. İnsan sıxlığı arasında mümkün olduqca tez gözdən itməyi yaxşı bacarırdı.

 

***

Viski şüşəsi demək olar ki, boşalmışdı. Ayaqları jurnal masasının üstündə səhifələri aramla çevirib hər bir qızın şəklinə diqqətlə baxmağa çalışırdı. Özünü kataloqdan alış-veriş edən adamlar kimi hiss etdi. Axtardığını tapmışdı. Reklamda yazılanı oxudu:

“Ruhunuz üçün qadın ruhu”

Gündüz şəhərdəki ucuz otelləri yaxşı tanıyırdı. Nədənsə heç vaxt getmədiyi, amma haqqında eşitdiyi birini seçdi. Bir gecəlik ödəniş nə olur, olsun əlli manatlıq məsrəfə dəyərdi. Yubanmadan sifariş etdiyi nömrəyə yerləşib daxili telefonla otel qeydiyyatçısına zəng etdi. Xoş təsir bağışlayan gənc qızın səsi eşidildi:

– Sizi bu gecə necə məmnun edə bilərik?

– Bir qız axtarıram. Uzun boylu və incə biridir. Sarışın və ayaqları çox gözəldi.

– Bu gecə işləyən və sizin arzu etdiyiniz kimi qızlarımız var, – ironiya ilə, amma şirnikləşdirici ehtiraslı səslə cavab verdi.

Mühabisəyə bənzər qısamüddətli söhbət Gündüzün xoşuna gəlmədi:

– Sarışın və ayaqları gözəl olmalıdı.

– Seçiminizdə həmişə bu qədər inadkarsız? – amma bu dəfə səsində azacıq hiss olunan kin var idi.

– Bu gecə salonda sizi gözləyən və gözəl bir gecə keçirməyə hazır olan bir qızımız var. Bütün istəklərinizi bacaracağına əmin ola bilərsiz. Amma sarışın deyil.

– Olmaz, – Gündüz qətiyyətli tərzdə dilləndi. – Sizə bir telefon nömrəsi verəcəm. Mənimçün həmin qızı dəvət edin. Amma oteliniz adından. Əvəzində isə təklif etdiyiniz sarışın olmayan həmin qız üçün ödəyəcəyimin iki qatını alın.

“Sarışın olmayan” sözlərini nəzərəçarpacaq ironiya ilə dedi. Otel qeydiyyatçısı himə bənd imiş kimi o dəqiqə razılaşdı.

 

***

Gündüzün gözlədiyi sarışın qız gələndə bir saatı keçirdi. Bu müddət ərzində onun bütün əsəbləri tarıma çəkilmişdi. İçkinin təsiri də getdikcə zəifləyir, yorğunluqdan taqətdən düşdüyü üçün elə oteldəcə yatmaq istəyirdi.

Qapının zəngi çalındı. Gündüz qapını ehtiyacsız bir diqqətlə açdı və gördüyü qonağa həqiqətən çox sevindi. Bir anlıq hər şeyi – nə üçün gəldiyini və nə etməli olduğunu unutdu. Qarşısında dayanan sarışın qız şəkildəkindən daha cazibədar idi.

– Salam, həyatım. Məni axtarmışdın?

– Aha. İçəri gəl, – Gündüz məmnunluq ifadə edən ədayla onun qolundan tutub özünə tərəf çəkdi. Qız həqiqətən də Gündüzün xəyallarında qurduğu kimiydi. Amma cinayət-axtarış şöbəsinin əməkdaşı indi bu xəyalların hansı zamana aid olduğunu xatırlaya bilmirdi. Daha doğrusu bilməzdi.

– Həyatım, icazənlə bir nəfərə zəng etməliyəm, – gələn qonaq bunu deyib mobil telefonunda rahatlıqla tapdığı nömrəni yığdı. – Hər şey qaydasındadı. Bir saatdan sonra gəlib məni götürərsən.

Qısa telefon danışığını bitirən kimi kefini pozmadan yenidən qımışaraq Gündüzə tərəf döndü:

– Pulun var? – bunu deyəndə əlini uzatdı və boş ovuclarına nəzər salıb dodaqlarını yaladı.

– Yüz əlli manat varımdı, – Gündüz pulu uzadıb öz-özünə gülməyə başladı. Kefi düzəlmişdi. İndi yorğunluqdan da əsər-əlamət qalmamışdı. O həqiqətən də mükəmməl qız idi.

– Nə etməyimi istəyirsən? – pulları qırmızı çantasına qoyarkən sarışın qızın gözləri parıldadı. Bu an gülüşlərində təhrikedici və qarşısı alınmaz bir cazibə var idi.

Yavaş-yavaş soyunmağa başladıqca, Gündüz onu izləməyə başladı. Açıq rəngli dərisində heç bir iz yox idi. Yeni açılmış çiçək kimi sahib olduqlarını nümayiş etdirirdi. Şabalıd rəngli məmə ucları çoxdan sərtləşmişdi. Gözəl ayaqları və dümdüz qarnı var idi.

Gündüz fərqinə də varmadan tələsik fəaliyyətə başladılar. Qız professional idi. Ona dili ilə vücudunu kəşf etməsi üçün bacardıqca daha çox şərait yaratdı. Bu Gündüzə illərdi ehtiyac duyduğu müalicə kimi gəldi. Heç vaxt belə gözəl və üstəlikdə arzu etdiyi kimi gözəl sarışın qızla birlikdə olmamışdı. Həyəcanlıydı. Və tərs kimi bunu çox bəlli edirdi. Qız aşağıya doğru gəldikcə ehtiyatlı davranıb qoruyucunu götürdü. Gündüz həmin dəqiqələrdə qurduğu bütün fantaziyalarını sınaqdan keçirdi. Amma öpmək istəyəndə qız imkan vermədi. “Tələsmə”, – Gündüz öz-özünə dedi. Sarışın gözəl bu an onun olacaqdı. Bu qərarı da indi vermişdi. Amma onu burda zorlamağın içkili olmasına, yanına gəlməsinə və oteldə olmalarına rəğmən çox axmaq iş olduğunu düşünüb, israr etmədi. Sabah bu vaxt, – deyə düşünüb, tez də qərara gəldi: – Yox, bu qız heç bir şey ifadə etməyəcəkdi onunçün.

Onu geyinərkən izləmək Gündüzə ən çox ləzzət edən anlar idi. Ən çox da qızın sinəsindəki və yupyumru biçimli arxasındakı hələ də qızartısı getməyən barmaq izlərinə nəzər salmaq çox xoşuna gəlirdi.

– Səni bir də görə biləcəm? – deyə soruşdu Gündüz.

– Böyük ehtimalla, yox, – qız görüşdən demək olar ki, təsirlənməmişdi.

– Mən də belə düşünürəm, – Gündüz gülümsədi və mobil telefonunu çıxarıb yaxın ərazidə onu gözləyən sürücüsünə zəng edib yorğun səslə qısaca bildirdi:

– Maşını ***Inn otelinin qarşısına gətir. Mən də bir azdan Delya xanımla aşağı düşürəm.

***

 

 

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10