Rəqqaslarımız Beynəlxalq festivalda

66 Baxış

festv

Şahinkaya Təhsil Qurumunun bu il ikincisini gerçəkləşdirdiyi Gənclik və Mədəniyyət Festivalı çərçivəsində Polşa, Serbiya, Bolqarıstan, Azərbaycan, Makedonya, Ruminya və Arnavutluqdan gələn 170 rəqqas iştirak edib.

Parafraz-ın məlumatına görə, Azərbaycanı Amil Əhmədovun bədii rəhbəri olduğu “Xarıbülbül” Rəqs Qrupu təmsil edib.

Dünyanın fərqli ölkələrindən olan müəllimlər və rəqqasların performansları Bursa sakinlərini tərəfindən maraqla qarşılanıb.

Festivalda iştirak edən rəqs müəllimləri Şahinkaya Təhsil Qurumunun İdarə Heyəti üzvü Oğuzhan Şahinkaya, Festival yönəticiləri Hakan İdin, Cenk Azkeskin ve Miray Tanrıöverlə birlikdə dövlət rəsmiləriylə görüşdülər. Uludağ Universiteinin  rektoru Saim Kılavuz ilə Nilüfər Bələdiyə Başqanı Turgay Erdemi ziyarət edən müəllimlər öz milli rəqsləri haqqında məlumat veriblər.

Festival boyunca Bursanın müxtəlif mədəniyyət mərkəzlərində, səhnələrində konsertlər təşkil olunub.

Bölmə : Sənət xəbər