“Rəqs” filminin çəkilişlərinə başlanıldı

8 Baxış

req

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubu Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Rəqs” qısametrajlı bədii filminin çəkilişlərinə başlayıb.

Kinostudiyadan Senet.az-a bildirilib ki, filmin ssenari müəllifləri Nicat Dadaşov və Elçin Muradov, quruluşçu rejissoru Ceyhun Türksoy, quruluşçu operatoru Ruslan Ağazadə, quruluşçu rəssamı Zemfira Novruzova, icraçı prodüseri Orxan Əliyev, bədii rəhbəri Elçin Musaoğlu, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Ayşad Məmmədov və İlqarə Tosova canlandırır.

Bölmə : Sənət xəbər