Rəşad Məcidin şeirlər kitabı İtaliyada nəşr olundu

20 Baxış

reshad

Azərbaycan Yazıçılar Birliyinin katibi  Rəşad Məcidin “O” adlı şeirlər kitabı İtaliyada, Milan şəhərində, italyanca çapdan çıxıb.
Şeirləri İtaliyan dilinə italiyan şair, bəstəkar, Milan Konservatoriyasının professoru, Vladimir Delman adına xorun bədii rəhbəri, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin üzvü Davide Qualtieri, İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, xoreoqraf Mais Nuriyevin sətri tərcüməsi əsasında çevirib.

Kitabda şeirlərin mövzusuna uyğun olaraq tanınmış Azərbaycan rəssamlarının əsərləri də yer alıb. Kitab Davide Qualtierinin Rəşad Məcidə həsr etdiyi “Körpü salırıq” şeiri ilə açılır, daha sonra müəllif haqda geniş məlumat və Qualtierinin şeirlər haqda essesi verilib.

Qeyd edək ki, İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası 11 – 12 iyul 2015-ci il tarixlərində Milan şəhərində sözü gedən kitabın təqdimat mərasimi keçiriləcək.

Eyni zamanda Azərbaycandan da nümayəndə heyəti -  Xalq yazıçısı Anar, Akademik İsa Həbibbəyli, kitabın müəllifi Rəşad Məcid, Mədəniyyət və Turizm nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli, gənc yazıçılar Günel Anarqızı, Pərvin, xalq artisti Fikrət Verdiyevin rəhbərlik etdiyi sənətçilər qrupu tədbirə qatılacaqlar.

Xatırladaq ki, ötən il fevral ayında xalq şairi Fikrət Qocanın italyancaya tərcümə olunmuş şeirlərindən ibarət kitab da Milan şəhərində italyan oxucularına təqdim edilmişdi.

 

 

 

mecid

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10