Sentyabrın 27-də Bakıda sağlamlıq imkanları məhdud olan insanların əl işlərindən ibarət “Gəlin birlikdə dəstək olaq” adlı sərgi açılacaq.
Sərgidə 30-dan çox sağlamlıq imkanları məhdud olan insanın əl işləri nümayiş olunacaq və onların sənət əsərlərinin satışının da həyata keçirilməsi planlaşdırılır.
“Park İNN-Azərbaycan” otelində keçiriləcək tədbirin əsas məqsədi fiziki məhdudiyyəti olan şəxslərin problemlərinin həllinə kömək göstərmək, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq, cəmiyyətin bu məsələyə diqqətini yönəltmək və sosial aktiv vətəndaşları bu fəaliyyətə cəlb etməkdən ibarətdir.
Bir gün davam edəcək sərgidə əl işlərinin satışı təşkil olunacaq və qayğıya ehtiyacı olan insanların əl işlərini almaqla cüzi də olsa onlara yardım edə bilmək imkanı yaradılacaq.