Rəsm əsərlərinin qiyməti necə müəyyənləşir? – SORĞU

197 Baxış

sorguu2

Bu yaxınlarda Pablo Pikassonun “Əlcəzair qadınları” adlı tablosu aksionda 179 milyon 366 min dollar satılıb. Bununla yanaşı, Rotkonun iki rəngdən ibarət rəsmi də 46 milyon 400 min dollar alıcı tapıb. Rəsm əsərlərinin qiymətlərinin bu qədər yüksəlməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bir çoxları rəsmlərə milyonların xərclənməsini doğru hesab etmədiklərini deyiblər.

Bəs görəsən mütəxəssislər bu barədə nə fikirləşir? Bu məbləğlər həqiqəti əks etdirirmi? Ümumiyyətlə bir rəsmin qiymətini bəlirləyici faktorlar hansılardır? Senet.az bu saullarla rəssamlara və sənətşünaslara müraciət etdi.

 

 

yusif mirzeYusif Mirzə:

– Hər bir rəsm əsərinin müəyyən bir qiyməti var. Amma belə yüksək qiymətlər auksionlarda yaranır. Burada çox faktor ola bilər. Sənətkarlıqdan daha çox biznes, kommersiya məsələsidir. Sırf bu sahə ilə məşğul olan biznes adamları var. Onlar rəsmlərin yüksək məbləğə satılmağı üçün, PR təşkil edir, müxtəlif reklam kompaniyaları qururlar. Məqsəd sırf gəlir götürməkdir.

Rekord qiymət Pol Qogenin və Pol Sezanın rəsmlərinə aiddir. Birincinin rəsminə 300, o birisinə 250 milyon veriblər. Fransız rəssamlarının və Rotkonun rəsmləri bahadır. Rotko amerika avanqardının nümayəndələrindəndir.

 

 

 

 

 

 

 

gunelravilova

Günel Ravilova:

Mənim fikrimcə Pikassonun əsəri bu məbləğə dəyər. Çünki o çox tanınmış, həm də istedadlı idi. Bütün rəssamlar istəyər ki, öz işlərini belə qiymətə satsınlar. Əfsuslar olsun ki, hal-hazırda bu mümkün deyil. İndi varlılar da rəsm seçərkən Pikasso, Dali kimi adlı-sanlı rəssamların əsərlərinə üstünlük verirlər. Əsərin qiymətini onu çəkən rəssamın kimliyindən daha çox, rəsmin nə qədər tanınmış olub-olmamağından asılıdır. Hərdən olur ki, elə rəssama rast gəlirsənki, çox gözəl işləyir. Amma işlərinə dəyər verən yoxdur. Və bunun tam əksini də müşahidə etmək olur. Özünə ad eləmiş bir rəssam, elə çəkirki, onu hec cür başa düşmək olmur. Amma özünü düzgün təqdim edib və sanballı auditoriya yığa bilib. Beləliklə də, işlərini yüksək qiymətə sata bilir.

 

 

 

rasimqasanov

Rasim Həsənov:

– Rəsm əsəri ona sərf edilən əmək və vaxtdan asılı olmayaraq orijinallığına görə qiymətləndirilir. Əlbəttə, bu ədalətli deyil, amma həyat özü də ən böyük ədalətsizlikdir. Bu cür insanların işləri daha baha qiymətləndiriləndə, gəlirləri həddən artıq artanda, onları dahi adlandırılanda rəssamlar dəli olur, özlərini öldürür və ya psixi problemlərdən əziyyət çəkirlər. Əgər dəlilik insanı dahi edirsə, deməli dünya sərsəmlərin əlindədir. Bu əsərlər müəyyən dərəcədə orijinaldır. Amma onların qiymətləndirildiyi qədər yox.

 

 

 

 

 

 

konul ravilova2

Könül İsmayılova:

– İnsanlar əsl incəsənəti qiymətləndirməyi dayandırıblar: realizm, imprissionizm, əsl avanqardızm. İnsanlar nə isə yeni, daha doğrusu real olmayan şeylər axtarırlar. Nəticədə də, qeyri-adi bir şey aldıqlarını düşünərək boş yerə pul xərcləyirlər. Ancan bununla da əsl sənət ölür. Çünki həmin rəssam düşünür ki, məsələn kətan üzərində həqiqətən də dəyərli nə isə çəkməyə çalışmaqdansa, kətana iki nöqtə qoyub, bunu şedevr kimi təqdim edib, milyonlara satmaq daha yaxşıdır. Rəssam-sənətşünas olaraq mən bunu  tamamilə xoşagəlməz hal hesab edirəm.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10