Rahib dini ritualı həyata keçirmək üçün 9 gün ac, susuz və yuxusuz qaldı

64 Baxış

dkYaponiyada 41 yaşlı Koqen Kamahori adlı budist rahib “dioiri” adlanan dini ritualı həyata keçirmək üçün 9 gün heç bir şey yeyib-içmədən yuxusuz qalıb.

Bununla da o, 1945-ci ildən bu günə qədər bu testi keçə bilən 9-cu adam olub. Kamahori ritual əsnasında 100 min dəfə budizmdə müqəddəs hesab edilən “Acala”nın sözlərini təkrarlayıb.

“Diori” “1000 günlük yürüş” adlanan ritualın bir parçasıdır. Ritualı tam başa vurmaq üçün rahiblər 1000 gün ərzində dağın ətrafında gəzməlidirlər. 2011-ci ildən rituala hazırlaşan Kahamori iki il ərzində 40.000 kilomter yürüş etməlidir.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10