Ramil Əhmədin “Zaman Tuneli” təqdim edildi – FOTOLAR

33 Baxış

10686615_825678797467710_5782873027537423957_n7 mart tarixində Kitabevim.az kitab marketində gənc şair Ramil Əhmədin “Zaman Tuneli” kitabının təqdimatı  keçirilib. Tədbirdə müəllifin qələm dostları, oxucular və KİV nümayəndələri iştirak ediblər. 

Təqdimatı giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza qeyd edib ki, Ramil Əhmədin “Zaman tuneli” şeirlər kitabı “AYB kitab” layihəsi çərçivəsində çap olunan sayca 7-ci kitabdır və bu kitab  7 bölmədən və 77 şeirdən ibarətdir.
Daha sonra Ramil Əhməd yeni kitabı haqqında oxuculara məlumat verib, təəssüratlarını bölüşüb .
Təqdimatın sonunda müəllif oxucuları üçün yeni kitabını imzalayıb.
 
Qeyd edək ki, “Zaman tuneli”  ayrı-ayrı məkanları, zamanları birləşdirir.  Burada gələcək və keçmiş iç-içə keçirilib, ağ və qara arasındakı xətt pozulub. Hamı və hər şey sınıq güzgünün göstərdiyi kimi yüzlərlə hissələrə bölünüb. Müəllif bu parçalanmanı yaratmaqla oxucunu sonsuzluğa səyahətə dəvət edir.
 
 
Səma Fuadqızı 
KÖŞƏ YAZARLARI
TOP 10