Ramiz Mirişli vəfat edib

24 Baxış

ramizmirisli

Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Ramiz Mirişli dünyasını dəyişib.

Senet.az Azərtaca istinadən xəbər verir ki, tanınmış bəstəkar 10 gün əvvəl xəstəxanaya yerləşdirilib və elə xəstəxanada da vəfat edib.

Aprelin 16-da tanınmış bəstəkarın 81 yaşı tamam olub.

Naxçıvan Muxtar Respublikasında dünyaya göz açan bəstəkar Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O, 1974-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 1982-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 1990-cı ildən isə xalq artisti fəxri adına layiq görülüb.

Xalq artisti Ramiz Mirişli onlarla gözəl mahnı və romansların müəllifi kimi tanınır. O, həmçinin Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kino və dram musiqisi sahəsində əsərlərin müəllifidir.
Allah rəhmət etsin!

KÖŞƏ YAZARLARI
TOP 10