Rasim Qaraca: “Fərhad Yalquzaqdan xəbər yoxdur, narahatam”

120 Baxış

ferhad yalquzaq

“AYO üzvü qeyblərə çəkildi. 20 gündür yazıçı-rəssam Fərhad Yalquzaqdan xəbər yoxdur. Bir neçə ay əvvəl ucqar dağ rayonlarından birində, meşədə, vəhşi təbiətdə, insanlardan, sivilzasiyadan uzaqda həyat sürməyə qərar verdi və əşyalarını, əmlakını – hər şeyini sataraq bilinməzlərə qarışdı”.

Senet.az xəbər verir ki, bu sözləri yazıçı Rasim Qaraca öz “facebook” adresində yazıb. O, Fərhad Yalquzaqdan narahat olduğunu bildirib: “Yanına telefon, radio belə almadan yoluna davam etdi. İlk hədəfi ağaclardan özünə sığınacaq düzəltmək və azuqə (qaxac ət) toplamaq idi. Fərhaddan çox narahatam. Artıq soyuqlar düşməyə başlayıb”.

Qeyd edək ki, bir müddət əvvəl Fərhad Yalquzaq 42 yaşını adamlar arasında yox, təbiətdə keçirməyi planlaşdırdığını bildirmişdi. O, mart-aprel ayında bir həftəlik gələcəyini deyib.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10