Biləsuvar rayon Mədəniyyət Evində yeni teatr yaradılıb. Senet.az Axar.az-a istinadən xəbər verir ki,yeni yaradılan Biləsuvar Teatrının rəhbəri Cahangir Məlikovdur. Onun verdiyi məlumata görə, Lənkəran Dram Teatrından dəvət olunan bir nəfər aktyorla birgə teatrın 10 nəfərlik heyəti var.
“Hal-hazırda mənə maddi dəstək olan könüllü dostlarım var. Biləsuvar Rayon İcra Hakimiyyətinin də dəstəyi olacağı gözlənilir. Bu layihənin ideyası İlqar Dadaşova məxsusdur, həyata keçirənsə mənəm. Serial-tamaşa hazırlayırıq. İlk tamaşamızın ssenari müəllifi İntiqam Hacılıdır. Çoxseriyalı tamaşanın adı “Ay tək”dir”. Biləsuvarda kino-teatr Sovet dövründə olub, müstəqillik qazanandan sonra ilk dəfə mən yaradıram”.