Rejissor Elxan Mikayılov vəfat edib

18 Baxış

Ağdam Dövlət Dram Teatrının baş .

1955-ci ildə Bərdə rayonu Xanqaraqoyunlu kəndində anadan olan rejissor 1973-1979-cu illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsində ali təhsil alıb. 1988-1990-cı illərdə isə Kuybışev Akademik Dram Teatrında və Moskvanın Malıy Bronnıy Teatrında ali rejissorluq kursunu keçib. Yaradıcılığa elə Ağdam Dövlət Dram Teatrında başlayan Eldar Mikayılov 1983-cü ildə teatrda aktyor kimi fəaliyyətə başlayır. Aktyor kimi işlədiyi illər ərzində X.Hasilovanın “Həsrət” tamaşasında Həsrət, Səməd Vurğunun “Fərhad və Şirin”ində Fərhad, Mixail Lermontovun “İki qardaş”ında Aleksandr, Abdulla Şaiqin “Fitnə”sində Bəhram şah və bu kimi müxtəlif janrlı əsərlərdə obrazlar yaradıb. Eldar Mikayılov 1994-cü ildə Ağdam Dövlət Dram Teatrının baş rejissoru təyin olunur. O, bu vəzifədə çalışdığı müddətdə Cəfər Cabbarlının “Solğun çiçəklər”, Ş.Qurbanovun “Sənsiz”, Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” və başqa əsərlərə quruluş verib. 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10