“Relslər üzərinə uzanmış adam” romanı işıq üzü görüb

20 Baxış

abdullaoglu_kitab_130317

Araşdırmaçı-yazar, psixoloq Rövşən Abdullaoğlunun yeni psixoloji romanı işıq üzü görüb.

Senet.az-ın məlumatına görə, “Relslər üzərinə uzanmış adam” adlanan roman elə ilk səhifələrindəncə oxucunu özünə cəlb edir. Əsərdə müasir dünyanın bir sıra ictimai, psixoloji və fəlsəfi problemlərinə toxunulub.

Romanın qəhrəmanı psixologiyaya məlum olmayan bir xəstəlikdən əziyyət çəkir. Buna görə də o, cəmiyyətdən təcrid olunub. Həyatı boyu 31 tanınmış psixoterapevtin qəbulunda olan bu şəxs xilas yolunu sonda intiharda görür. Beləliklə də o, relslər üzərinə uzanaraq ölüm qatarının gəlməsini gözləyir. Onun yüzlərlə intihar forması arasından şüuraltı olaraq məhz relsləri seçməsi də səbəbsiz deyil.

Relslər üzərində uzanıb ölüm qatarını gözləyərkən onun yanına intihar etmək ucun daha bir nəfər gəlir. Reslər üzərinə uzanmış adamın ağlına belə gəlməzdi ki, bu yad insan onu qaranlıq keçmişi ilə bir daha üz-üzə qoyacaq və bu görüş həyatını tamamilə dəyişəcək. Sonda yad insan onu həyatının ən mühüm və dəhşətli seçimi qarşısında qoyacaq. Özü də bir deyil, bir neçə amansız seçim…

Qeyd edək ki, R.Abdullaoğlunun indiyədək 25-ə yaxın kitabı işıq üzüb. Onlardan “Relslər üzərinə uzanmış adam” müəllifin ikinci psixoloji romanıdır. Onun “Bu şəhərdə kimsə yoxdur” romanı isə 2016-cı ilin ən çox satılan kitabı – bestseller olub.

KÖŞƏ YAZARLARI
TOP 10