“Retro Bakı” layihəsinə yenidən start verilib

6 Baxış

15002927451705410252_1000x669

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yay aylarında Fəvvarələr Meydanında keçirilən “Retro Bakı” layihəsi çərçivəsində açıq hava konsertlərinə yenidən start verilib.

Senet.az xəbər verir ki, açılış konsertində tanınmış cazmen, Əməkdar İncəsənət Xadimi Cavan Zeynallı, şanson ifaçısı Ceyhun Bakinski, estrada müğənniləri Yaqut Babayeva, Dua Murad, Anar Nağılbaz, Nailə Müslümova, Səbinə Əsgərova, Mehman Tağıyev öz çıxışları ilə paytaxt sakinləri və şəhərimizin qonaqlarının könüllərini oxşayıblar. Konsertdə milli və dünya xalqlarının rəqsləri təqdim edilib, yaradıcı gənclərin əl işlərindən ibarət rəsmlər qonaqların ixtiyarına verilib.

Layihə əhalinin və turistlərin asudə vaxtının səmərəli keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədi daşıyır. “Retro Bakı” sentyabrın 15-dək hər həftəsonu axşam saatlarında Fəvvarələr Meydanında zəngin konsert proqramı və tanınmış müğənnilər ilə tamaşaçıların görüşünə gələcək.

KÖŞƏ YAZARLARI
TOP 10