“Rindi-Şeyda” tamaşası – “Yuğ” Teatrında

2 Baxış

Senet.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün Azərbaycan Dövlət “Yuğ” Teatırı yeni “Rindi-Şeyda” tamaşasını teatrsevərlərə təqdim edib.

Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında səhnələşdirilən tamaşa teatrın baş rejissoru Gümrah Ömərin quruluşunda təqdim olunub.

Janrı səmavi eşq ayini kimi təyin olunan səhnə əsərində rolları teatrın aktyorları Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov ifa edib.

Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunan tamaşada Məhəmməd Füzuli, Kamal Abdulla, Ramiz Rövşən, Salam Sarvan, Vaqif Bayatlının poetik mətnlərindən və ifaçıların öz ədəbi materiallarından istifadə olunub.

Səhnə əsərində rəsmlərin quruluşu teatrın baş rəssamı Rəşid Şərifə, musiqi tərtibatı isə Amid Qasımova məxsusdur.

Bölmə : Teatr