“Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri”

88 Baxış

konfrans

Sentyabrın 8-dən 13-dək Bakıda “Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri” mövzusunda Azərbaycan-Türkiyə-Ukrayna Beynəlxalq elmi konfransı (MADEA-7) keçiriləcək.

Artıq yeddinci dəfə keçirilən konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan Milli Aviasiya Akademiyası, Türkiyənin Mərsin Universiteti, Ukrayna Milli Elmlər Akademiyasının (MEA) Riyaziyyat İnstitutu, Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universiteti və Ukrayna MEA-nın Y.A.Mitropolski adına Beynəlxalq Riyaziyyat Mərkəzidir.

İngilis, rus və türk dillərində keçiriləcək konfransda tətbiqi analiz, yaxınlaşma nəzəriyyəsi, ekstremal problemlər, funksional analiz, funksional-diferensial və stoxastik tənliklər, harmonik analiz, inteqral dəyişikliklər, diferensial tənliklər nəzəriyyəsində keyfiyyətli və asimptotik üsullar, natamam diferensial tənliklər və digər elmi sahələr üzrə müzakirələrin aparılması nəzərdə tutulur.

Bölmə : Konfrans
KÖŞƏ YAZARLARI
TOP 10