Əfsanəvi “Rocky” filminin yeni seriyasının çəkilişlərinə başlanılıb. Bu dəfəki film “Creed” adlanır.
Filmdə Roki Balboa dostu Appollo Creedin oğlu Adonis Creedi yaxşı boksçu olmağı üçün hazırlaşdıracaq.
“Creed”in rejissoru Rayn Kuqlerdir. Baş rolları isə Silvester Stallone və Maykl Cordan oynayır.
Filmin noyabr ayından ekranlara çıxacağı gözlənilir.