Rövşən Yerfinin imza mərasimi keçirildi

77 Baxış

12140670_921443431224579_708976896851286547_nKitabevim.az kitab marketində yazıçı Rövşən Yerfinin “Qazamat sanitarları” adlı kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə yazarın qələm dostları, KİV nümayəndələri və oxucular iştirak edib. Müəllif çıxış edərək kitab haqqında oxuculara məlumat verib.

Sonda imza mərasimi keçirilib.

Qeyd edək ki, kitabda  cəza yerlərinin müasir həqiqətlərindən danışılır. Təsvir edilən əhvalatlar oxucuya həbsxanadakı bir-biri ilə sərt təzadları olan təbəqələr arası münasibətlərlə yanaşı, fiziki və mənəvi üzdəniraqlığı şərtləndirən əlamətləri də aydınlaşdırmağa kömək edir. Kitaba “Residivist” povesti əlavə olunmuşdur.
 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10