Rövşən Yerfinin “Qazamat sanitarları” kitabının təqdimat mərasimi keçiriləcək

65 Baxış

 rovshenyerfiOktyabrın 18-i, saat 16:00-da Kitabevim.az kitab marketində Rövşən Yerfinin “Qazamat sanitarları” adlı kitabının təqdimat mərasimi keçiriləcək.

Kitabda cəza yerlərinin müasir həqiqətlərindən danışılır. Təsvir edilən əhvalatlar oxucuya həbsxanadakı bir-biri ilə sərt təzadları olan təbəqələrarası münasibətləri aydınlaşdırmağa kömək edir. Kitaba “Residivist” povesti əlavə olunub.

Qeyd edək ki, Rövşən Yerfi məhbəs mövzusuna aid olan “Üzdəniraq ada”, “Qadın düşərgəsi” və “Penitensiar lövhələr” adlı kitabların da müəllifidir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10