“Ruhumu dindir, məni sevindir”

33 Baxış

pianinoBakıda “Ruhumu dindir, məni sevindir” şüari ilə “Baku Pianos” layihəsi həyata keçirilir. “Park Bulvar” və “28 Mall” ticarət və əyləncə mərkəzlərində baş tutan layihədə köhnə pianolar gənc rəssamlar tərəfindən müxtəlif kompozisiyalarla rənglənir və Bakının müxtəlif ictimai yerlərinə, ticarət mərkəzlərinə yerləşdirilir.

Pianoda çalmağı bacaran hər kəs üzərində “Ruhumu dindir, məni sevindir” şüarı yazılan bu musiqi alətlərindən birinin arxasında oturaraq ifa edə, ətrafdakı insanlar isə dinləyərək zövq ala bilərlər. Şüar kimi seçilən ifadə isə Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirindən götürülüb.

Təşkilatçıların fikrincə, “Baku Pianos” layihəsi Birinci Avropa Oyunları ərəfəsində paytaxtımıza gələn turistlərin marağına və ümumiyyətlə, insanlar arasında ünsiyyətin artmasina səbəb ola bilər.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10