Ruhunu şeytana satan bəstəkar

21 Baxış

Paganinini-yakisikli

Onu yer üzünə gələn ən mahir skripka ifaçısı kimi xatırlayırlar. Bir çoxları onun bu istedadını ruhunu şeytana satması ilə əlaqələndirirlər. Bəziləri isə Marfan sindormuna tutulduğuna görə (Sümük xəstəliyidir. Uzun barmaqlı olmaqla xarakterizə olunur) bu qədər gözəl ifa edə bildiyini deyirlər.  Söhbət İtaliyan bəstəkarı, virtouz, dünya musiqi tarixində öz adını qızıl hərflərlə yazdırmış Nikkolo Paqaninidən gedir.

Nikkolo Paqanini 1782-ci ilin oktyabrın 27-də Antonio Paqanini və Teraza Boççardonun ailəsində göz açmışdır.  Antonio ticarətdə uğursuzluğa düçar olsa da, mandolinada ifa edərək öz ailəsinin maddi ehtiyaclarını ödəyirdi. Paqanini, 5 yaşında olarkən atasından mandolinada ifa etməyi öyrənir, 7 yaşında isə skripakaya maraq göstərməyə başlayır. O, daha sonra xatirələrini danışarkən, həmin illəri belə xatırlayırdı: “Mənim ifam atamı qane etməyəndə o, məni ciddi şəkildə cəzalandırırdı. Bu da mənim sağlamlığıma çox pis təsir göstərirdi”.

Uşaqlığında Paqanini skripka üçün bir neçə əsər bəstələmişdi. Onun bu istedadı ətrafdakıların böyük marağına səbəb olurdu. Yazdığı əsərlər o dərəcədə mürrəkkəb idi ki, onları özündən başqa heç bir skripkaçı ifa edə bilmirdi. Gənclik illərində Ciovanni Servetto və Ciakamo Kosta kimi bir çox məşhur skripkaçılardan təhsil alır. Ancaq Paqanini istedadı ilə tez bir zamanda müəllimlərini də üstələyir. Bundan sonra o, atası ilə birlikdə Parmaya gedir. Burada Paqanini öz biliklərini artırmağa ümid edirdi. O,  Qasparo Qirettinin və Ferdinando Paerənin yanında dərs almağa başlayır. Baxmayaraq ki, Paqanini bu bəstəkarların yanında çox qalmır, bununla belə onların Nikkolonun bəstəkarlığına əhəmiyyətli təsiri olur. 1796-cı ilin martında fransızlar şimali İtaliyanı işğal edirlər, lakin Genuya təsirə məruz qalmır. Paqanini ailəsi Bolzaneto yaxınlığında öz ölkə torpaqlarında sığınacaq axtarır. 1797-ci ilin əvvələrində atası ilə birgə Lombardiyaya özünün ilk konsert səyahətinə çıxır. Bu konsertlərdə nümayiş etdirdiyi qeyri-adi istedad tezliklə ona böyük uğur qazandırır. 1801-ci ildə 18 yaşlı Paqanini Lukka Respublikasının birinci skripkaçısı adını alır. Onun skripkaçı kimi şöhrəti qumarbaz və eşqbaz kimi tanınmasıyla eyni vaxta təsadüf edir.

1805-ci ildə Lukka Napoleon tərəfindən Fransaya birləşdirildi və həmin ərazi Napoleonun bacısı Eliza Baççiokinin nəzarətinə verilir. Paqanini, Elizanın yoldaşı Felisə özəl dərslər verərkən Baççioki sarayının skripkaçısı olur. 1807-ci ildə Baççiokinin sarayı Florensiyaya köçürülür. 1809-cu ilin sonuna doğru Paqanini öz azad karyerasına davam etmək üçün Baççiokini tərk edir. Növbəti bir neçə il ərzində Paqanini, Perma və Genuya ilə əhatələnmiş əraziləri səyahət etmək üçün qayıdır. O yerli dinləyicilər arasında məşhur olsa da Avropanın qalan hissəsində elə də tanınmırdı. Onun ilk fasiləsi Milanda La Skaladakı konsertindən sonra oldu. Konsert böyük uğur qazandı. Nəticədə, Paqanini Avropadakı görkəmli musiqiçilərin diqqətini cəlb etməyə başladı. Onun Çarlz Filip Lafont və Luis Sfor ilə ilk qarşılaşmaları gərgin rəqabət yaratdı. Bununla da, yaxın bir neçə il ərzində onun İtaliyadakı konsert fəaliyyətinə məhdudiyyətlər qoyuldu. Onun konsert turu 1828-ci ilin avqust ayında Vyanada başladı Almaniyanın Polşanın və Çexiyanın əsas Avropa şəhərlərində dayanmaqla 1831-ci ildə Strasburqa qədər davam etdi. Paqanini xroniki xəstəliklərdən əziyyət çəkirdi Heç bir tibbi dəlil mövcud olmasa da onun Marfan sindromuna tutulduğu güman edilirdi.

Ona 1822-ci ilin əvvələrində sifilis xəstəliyinin diaqnozu qoyulur. Qəbul etdiyi dərmanların tərkibində olan civə və tiryək, fiziki və psixoloji təsirlərə səbəb oldu. 1834-cü ildə isə Parisdə olarkən, vərəm xəstəliyindən müalicə olunur. Baxmayaraq ki, Nikkolanın sağalması sürətlə gedirdi, onun gələcək karyerası müxtəlif sağlamlıq problemləri səbəbiyl uğursuzluğa uğrayırdı. 1834-cü ilin sentyabr ayında Paqanini öz konsert karyerasını sonlandırır və Genuyayaqayıdır. Söylənilən sürükləyici fikirlərin əksinə, o öz musiqisini və texniki sirlərini saxlamağı arzulayırdı. Nikkolo, öz vaxtını etdiyi bəstələrin və skripkada istifadə etdiyi metodların nəşrinə həsr etdi. O, tələbələrə də dərs keçirdi. 1835-ci ildə Paqanini Parmaya qayıtdı və həmin vaxtdanNapoleonun ikinci arvadı Mariya Luizin yanında işləməyə başladı. Sonda Nikkolo və ifaçılar arasında münaqişə baş verdi. 1836-cı ildə Paqanini Parisə kazino işlətmək üçün qayıtdı. Əldə etdiyi müvəffəqiyyətsizlik, onun maliyyə cəhətdən məhvinə səbəb oldu. O, öz şəxsi əmlakını, musiqi alətləri də daxil olmaqla, zərərini kompensasiya etmək üçün hərraca çıxardı. 1838-ci ilin Milad günündə Parisi tərk edib, Marselə, qısa müddət qaldıqdan sonra Nitsa şəhərinə getdi. Orada vəziyyəti daha da pisləşdi. 1 həftə sonra 27 may 1840-cı ildə Paqanini daxili qanaxmadan vəfat etdi.

Geniş yayılmış rəvayətə görə skripkaçının şeytanla əlaqəli olduğu, yayını, şeytanın ona verdiyi sehrli qüvvəylə istifadə etdiyi söylənilirdi. Buna görə də kilsə onun Genuyada dəfnini rədd etdi. Papaya, onun cəsədini Genuyaya aparmağa icazə verməsi üçün müraciət 4 il çəkdi və o hələ də dəfn olunmamışdı. Nəhayət ki, onun cənazəsi 1876-cı ildə Parma məzarlığına qoyuldu. 1893-cü ildə çexiyalı skripkaçı Frantsek Ondriçek, Nikkolonun cəsədini görmək üçün Paqaninin nəvəsi Atillanı razı saldı. Onun qeyri-adi epizodundan sonra nəhayət Paqaninin cəsədi 1896-cı ildə Parmadakı yeni məzarlıqda dəfn olundu.

 

 

 

 

 

Bölmə : Sənət
KÖŞƏ YAZARLARI
TOP 10