Rumıniyalı gəncdən unikal addım

40 Baxış

kitRumıniyada bina evində yaşayan Viktor Miron adlı şəxs maraqlı addımı ilə ölkə mətbuatının diqqətini çəkib.

Senet.az xəbər verir ki, Viktor Miron yaşadığı binanın girişində pulsuz kitabxana yaradıb. O, kitablarının bir hissəsini bu açıq kitabxanaya yerləşdirib. Miron addımını belə açıqlayıb: “Bir il yarımdır ki, bu binada yaşayıram. Ancaq qonşularımdan heç birini tanımıram. Qonşuluq münasibətlərini inkişaf etdirmək üçün binanın girişində pulsuz kitabxana yaratdım. Hər kəs bura bir kitab qoyaraq, bir kitab götürə bilər. Bu addımım qonşuların da xoşuna gəldi. Artıq onlarla münasibət qurmağa başlamışam. Arada görüşüb, oxuduğumuz kitabları müzakirə edirik”.

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10