Rus Dram Teatrı yeni mövsümə qastrol səfəri ilə başlayır

48 Baxış

rusdramAzərbaycan Dövlət Rus Dram Teatrı yeni mövsümə növbəti qastrol səfəri ilə start verəcək. 

Teatrın direktoru Ədalət Hacıyev Senet.az-a açıqlamasında bildirib ki, kollektiv 7-10 sentyabr tarixlərində Rusiyanın Həştərxan vilayətinə səfərdə olacaq: “Orada M.F.Axundzadənin eyniadlı əsəri əsasında hazırlanan və getdiyimiz hər qastrolda alqışlarla qarşılanan “Müsyö Jordan və dərviş Məstəlişah” tamaşası ilə çıxış edəcəyik”.

Direktor Rusiya teatrları ilə mütəmadi əməkdaşlıq etdiklərini də qeyd edib: “Mayakovski və Peterburq Akademik teatrları ilə danışıqlar apardıq və yaxın günlərdə onların səfər tarixlərini dəqiqləşdirib açıqlayacağıq”.

Kollektiv yeni mövsümdə dörd tamaşa hazırlamağı planlaşdırır. Bunlardan biri dövlət sifarişi ilə hazırlanacaq “Dədə Qorqud” tamaşasıdır. İkinci tamaşanı teatr-studiyasının üzvləri hazırlayacaq. “Sarı gəlin” adlı plastik tamaşa teatrın 95 illiyi münasibətilə ilin sonunda təqdim olunacaq. Norveç xoru ilə hazırlanacaq musiqili tamaşa özünün maraqlı ideyası ilə seçiləcək. Uşaqlar üçün Yeni il nağıl-tamaşası və Əməkdar artist Rita Əmirbəyovanın 60 illik yubileyi münasibətilə “Xanuma” tamaşası da teatrsevərlərin ixtiyarına veriləcək.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10