Rus Dram teatrının yaradıcı kollektivi II Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Mingəçevirdə “Yeddi gözəl” tamaşası ilə çıxış edib

3 Baxış

ruMədəniyyət və Turizm nazirliyinə isitnadən Senet.az saytına xəbər verir ki, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yaradıcı kollektivi 20 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən II Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Mingəçevir Dövlət Dram teatrının səhnəsində Nizami Gəncəvinin “Yeddi gözəl” tamaşası ilə çıxış edib.

Tamaşa mingəçevirli tamaşaçılar tərəfindən çox böyük maraqla qarşılanıb. Xatırladaq ki, “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalına 15 sentyabr 2016-cı il tarixindən start verilib. Tamaşanın sonunda Rus Dövlət Dram teatrının yaradıcı kollektivi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən II Şəki Beynəlxalq Teatr Festivalının xüsusi diplomu ilə təltif olunub.

 

Bölmə : Teatr