Rus generalı Bəxtiyar Vahabzadəni güllələməkdən niyə imtina etdi?

70 Baxış

bextiyarYazıçı-dramaturq Firuz Mustafa “facebook”-da Xalq şairi Bəxtiyar Vahabzadə ilə bağlı maraqlı məlumat yayıb.

Belə ki, Firuz Mustafanın sözlərinə görə 20 Yanvar hadisələri zamanı Bəxtiyar Vahabzadə AzTV-nin qarşısında Ovçinnikov adlı rus generalının üzünə tüpürüb. Ancaq bu günə qədər bu hadisənin Bəxtiyar Vahabzadə ilə Dubinkovun arasında yaşandığı güman edilirdi.

Firuz Mustafa bununla yanaşı Ovçinnikovun Bəxtiyar Vahabzadənin bu hərəkətinə görə ona niyə cəzalandırmamağına da aydınlıq gətirib: “Ovçinnikov üzünün tüpürcəyini siləndən sonra bir qrup adamı “özünün” Az.Tv-dəki “kabinetinə” yığdı. O, artıq B. Vahabzadənin kim olduğunu öyrənmişdi. General dedi: “Mən bu adamı tanımırdım. İndi məlumat verdilər ki, məni təhqir edən şəxs şairdir, akademikdir, deputatdır, universitet müəllimidir. Mən indi özümü çox xoşbəxt hesab edirəm ki, bu adama əl qaldırmadım. Düzünü deyim ki, mən onu hətta bu hərəkətinə görə güllələyə bilərdim. İndi Bakıda təsadüfi güllənin qurbanlarından biri də bu şair olacaqdı. Amma mən onun ötkəm hərəkətindən hiss etdim ki, qarşımdakı şəxs sıravi adam deyil, “aksakkaldır”, hörmət sahibidir. Mən özüm yetimxanada böyümüşəm, özü də Daşkənddə. Müsəlmanların çörəyi ilə böyümüşəm. Oradakı qonşularımın bir qismi azərbaycanlılar idi. Mən onlarla dost olmuşam. Çoxu yetimliyin nə olduğunu bilmir. Mən kimsəsiz böyümüşəm. Şərqə bələd adamam. Məni bu şəhərə dinclik yaratmaq üçün göndəriblər, buradakı qırğın məndən əvvəl törədilib. Mən vicdanı təmiz adamam. Əgər bir balaca ehtiyatsızlıq edib öz adyutantıma işarə etsəydim sizin, lap elə bizim bizim bu şair artıq həyatda yox idi. Mən xoşbəxtəm. Xoşbəxtəm ona görə ki, adım tarix kitablarında Dantesin və Martınovun adı ilə yanaşı çəkilməyəcək. (General bunu da əlavə etməyi unutmadı: “Yəqin ki, bilirsiz, Dantes Puşkinin, Martınov Lermontovun qatili olub. Mən nə qatiləm, nə də cani…”

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10