Rusiya muzeylərində Azərbaycana məxsus bayraqlar tapılıb

52 Baxış

BAYRAQMoskva şəhərində elmi ezamiyyətdə olan Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov tərəfindən Rusiyanın mərkəzi muzeylərində Azərbaycanın dövlətçilik tarixi, dövlətçilik atributları ilə bağlı araşdırmalar aparılır.

Senet.az xəbər verir ki,  P.Gözəlov Rusiya Mərkəzi Dövlət Müasir Tarixi Muzeyinin bayraqlar fondunda Azərbaycana aid bir neçə bayrağın olduğunu müəyyən edib. Muzeydə Azərbaycanın sovet dövrü tarixini əhatə edən eksponatlar sırasında bir neçə keçici bayraqlar aşkar olunub.

Qeyd edək ki, Rusiyanın müasir tarixinin araşdırılması üzrə ən böyük mərkəzlərdən olan bu muzeydə XIX əsrin II yarısından bu günə qədər olan tarixi əhəmiyyətli eksponatlar qorunur.

KÖŞƏ YAZARLARI
TOP 10