Rusiya və Çin Hollivuda qarşı

11 Baxış

kino“Rus Film Qrup” və “Çin Film Qrup” şirkətləri, birgə istehsal etdikləri “Viy–2: Çinə səfər” filmi ilə tamaşaçı rekordu əldə etməyi hədəfləyir.

Axar.az xəbər verir ki, filmin prodüseri Aleksey Petruxin açıqlama verərək filmin uğurunun texniki baxımdan güclü filmlərin təkcə Hollivudda çəkilmədiyini göstərəcəyini bildirib.

Bu ilin əvvəllərində ekranlara çıxan filmdə dünya şöhrətli aktyor Ceki Çanın da çəkildiyini vurğulayan prodüser bunları deyib:

“Çanın komandası bütün döyüş sirlərini ekranda nümayiş etdirdi. Filmdə Rusiya və Çin folklorunun motivləri əks olunub. Bir-birinə oxşamayan, ancaq bir-birinə yaxın iki mədəniyyətin birləşməsi həddindən çox əhəmiyyətlidir”.

İngilis alim Conatan Qrinin Avropadan Asiyaya səyahətindən bəhs edən, 40 milyon dollarlıq büdcəyə malik filmdən 120 milyon dollar gəlir gözlənilir.

Xatırladaq ki, Nikolay Qoqolun “Viy” adlı romanı əsasında çəkilən eyniadlı film ilk dəfə 1967-ci ildə “Mosfilm” kinostudiyası tərəfindən çəkilib. Film, 2014-cü ildə 3D formatında yenidən hazırlanıb.