“Rusiyada əvvəlimci Türk qəzetəsi” – Həsən bəy Zərdabi

96 Baxış

Zerdabi1

Senet.az öz oxucularına Azərbaycan milli mətbuatının yaradıcısı, maarifçi Həsən bəy Zərdabinin “Türkologiya” jurnalının 2016-cı il 4-cü sayında çap olunan “Əkinçi” qəzeti ilə bağlı yazdığı məqaləsini milli mətbuatımız üçün əhəmiyyətli bir qaynaq hesab edərək, çapdan çıxmasının 90 illiyi münasibətilə təqdim edir.

90 il əvvəl yazılan məqalə “Rusiyədə əvvəlimci türk qəzetəsi” adlanır və o, 1926-cı ildə Bakıda əski əlifba ilə Azərbaycan mətbuatının əlli illiyi ilə bağlı buraxılan kiçik həcmli bir kitabda çap olunmuşdu.

Dünyada ittifaq olmasa heç bir cəmiyyət işi bina tutmaz. Bizim sabiq cəmiyyəte xeyriyyə bina tutmadığından teatro oynayan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerdə cəm edib zəmanəyə müvafıq məktəbxanalar açdırıb küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz bu zəmanədə dolanməq mümkün degil. Ələlxüsus, bizim yerlərdəki qonşularımız elm təhsil edüb gün-gündən irəli gedüb bizim əlimizdə olan mülk-malımıza sahib olurlar və bir az vəqtdən sonra biz onlara rəncbərlik edüb onların malını daşımaqdan ötəri kirəkeşlik edəcəyik. Belə də nə qayırmalı? Hər kəsi çağırıram gəlmiyor, göstərirəm görmüyor, deyirəm qanmıyor. Axırdə gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri-əlac yoxdur. Olmaz ki, mənim sözümi eşidənlərdən heç bir qanan olmasun. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan bir neçə yıldan sonra o su tökülməkdən o bərk daşı murur ilə əridib deşər. Habelə, söz də, ələlxüsus doğru söz murur ilə qanmazın başın deşib onun beyninə əsər edər. Belə də bən onları necə görüm və görmək mümkündürmü? Hər kəs öz qəra sandüğinin üstə oturub onun içində olana səcdə edər və sanduği doldurmaq fikrindədir. Amma ətrafda müsəlman qardaşlarımız bir-bir düşmənimiz əjdahanın ağzına düşüb yox olduğunu görmək də istəmiyor. Belə də qəzetə çıqarmaqdən savayı bir qeyri-əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapu pəncərələrdən o iman mənzillərinə çata bilsun. Heç olmaz ki, doğru söz yerdə qalsun. Hər ildə on qəzetə oxuyandan birisi okuduğunu qansa onların qədəri ilbəil artar. Axırda o bəndə ki, suyun qabağını kəsmişdi və suyu axməqa qoymuyur idi rəxtə tapar və su murur ilə bəndi uçurub aparar. Sonra düşmənin düşmənliqi, dostun dostluqi və dost göstərən doğru yolun doğru olmaqi aşkar olar.

Bəs qəzetəyi necə çıkardım, pul yoq, yazıçı yoldaş yoq, çapxanə yoq, hurufat yoq, omlə yoq, 1-2 yüzdən artıq oxuyan də olmayacaq. Dövlət tərəfindən izn almaq də ki, bir büyük bəladır. Bizim qubernator mütəvvəffı general Staroselski – doğrudur, xalis rus idi, amma onun övrəfi gürcü qızı idi. Ona görə Qafqazın biz əhlini artıq dust tuturdu, mən ona dərdimi deyəndən sonra məsləhət gördü ki, qəzetənin adını “Əkinçi” qoyum ki, guya məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzuralığı qəbul eləsün. Bu tövr ərizə verib izn aldım. Çünki əvvəl vəqtdə yazı-pozu şikəstə xəttilə olurdi və basma xəttini oxuyan yox idi və təmam Rusiyədə işlənən hurufat çog yəman idi, ona görə bana məsləhət elədilər ki, qəzetəni daş basmasilə (litoqrafıya) basdırum. Bən buna razı olmadım. Çünki litoqrafıya ilə çıqan qəzetə həftədə bir və ya iki dəfa çıqa bilyor. Amma mənim ümidim vardı ki, sonra qəzetəni hər gündə çıqarum və bir də Osmanlu və İran məmləkətlərində əvvəl vəqtdə qəzetələr çıqıyordi və onlar da hürufat ilə basılurdi və daş üstə çıqanlar da sonra hurufat ilə basılacaqdı. Belə də yaqşı olurdi ki, işin binasından oquyanları basma xəttinə öğrədim ki, sonra dübarə zəhmət çəkib onları təzadən basma xəttinə öğrətmək lazım olmasun. O vəqtdə Bakuda iki basma xanə var idi. Onların birisindəki – “gubernski pravleniyanın” idi, bircə müsəlman hürufatını alayarımçıq düzən Minasov adlı erməni var idi. Onu gətirdub danışdırdım söz verdi ki, nə qədər hürufat düzən lazım olsa öğrədib mənim qəzetəmdə işlədər. Sonra fıkrə getdim ki, yaxşı hürufatı haradan alım? Rusiyədə doğrudur, yaxşı hürufat yox idi, amma qəliblər qayırdub tazə hümfat tökdürmək mümkün idi. İş burasındadır ki, tazə qəliblər qayıran karkarçı 5-10 putdan ötəri onları qayırmağa razı olmazdı. Əvvəl vəqtdə İstanbulda olan bizim Sirvanlılar ilə mənim irsali-mərsulum var idi. Onların yazməğından bilirdim ki, orada bizim türk dilində bir neçə qəzetə çıqur. Hətta onlardan gündə çıqanı da var. Ona görə lazım bildim ki, gedib İstanbulu da ziyarət etdim və orada işlənən yəxşi hümfatdan 5-10 put alub gətirim. 1875-ci sənənin iyun ayında gedib İstanbulda 10 put hümfat alub avqust ayında qəyidub gəldim. Hümfat qışda gəlib çatdı, əleyhiddə basmaxanə açmağa pulum olmadı. Ona görə Staroselsky mənim hümfatımı “guberniskiy pravleniyanın” basma xanəsi üçün satın aldı. Kağız və qeyri ehtiyacı hazırlayub “Əkinçi” qəzetəsini çıqarmağı 1875-ci sənənin iyul ayının 22-də başladım. İyul ayma qəzetənin açılmasını salmaqdan muradım o idi ki, zikr olan Minasovdan başqa türk hürufatı düzən tapıldı. O da bircə bacısı oğlunu gətirüb yanında şagird saxladı. Belə də labüd qalub mən özüm də ona gərək kömək edəydim. Basma xan; hər nömrəni bir küçək vərəq üstə, hər 1000 vərəq basmaqdan ötəri məndən manat həqq istədi. Hesab çəkub gördüm ki, qəzetəni hər iki həftədə bir dəfədər artuq çıqarda bilmərəm.

Qəzetə çığarmaq elanaməsini novruzda paylamışdım və Qafqazın taman şəhərlərinə və böyük kəndlərinə də göndərmişdim. İyul ayınacan 100 müştərim var idi ki, hərəsindən üç manat, cümlətani 300 manat vusul olmuşdu. Qubernator naçalniklərə hökm yazdı ki, hər bir kəndin yüzbaşısı qəzetə alsun. Bu tövr ilə 30 də müştərim artdı ki, cümlətani 1200 manata qədər qəzetə satılmaqdan vüsul oldu Qəzetə əldə satılmaq və elamnamə basdırmaqda ki əvvəl vəqtdə yox idi, qəzetəni 8-9 yüzə qədər basdırırdım. Onun 400 yüzünü müştəri olanlara və artığını Bakının küçə və bazarlarında paylamaqdan savayı qeyri şəhərlərə də müftə göndərirdim ki, qəzetə oxumaqa adət eləsinlər. Əvvəlimci nömrələri çıqarmağın zəhməti çoq artıq oldu. Yayda şagirdlərim Bakıdan evlərinə getmişdilər, mən tək qalmışdım və bir də Minasov ömründə qəzetə işi görməmişdi və çox ağır işləyirdi. Ona görə özüm yazırdım, hürufatı düzməyinə kömək edirdim, qələtlərini düzəldirdim. Əvvəlinci yarım ili, yəni yanvarın birinəcən 500 manata qədər zərər elədim. Amma müştərilərimin qədəri yüzdən 300-ə qədər artdı. O ki, yüzbaşılar da naçalniklər onlara qəzetəni vəqtində göndərmədiyinə görə onların qədəri azaldı. Yanvarın birindən 400 qədər müştərim var idi. Novruzdan sonra qəzetənin vərəqlərini böyüklətdirdim, o ilin payızında qəzetəni həfitədə bir dəfə çıqartdım, çünki yazıçı yoldaşlarım gün-gündən artırdı və Minasov öz bacısı oğlu ilə işə artıq öyrənmişdi. İl qurtaranda hesabımı çəkib gördüm ki, min manata qədər zərərim var. Üçüncü sənə, 1877-ci sənədə yüzbaşılardan savayı 400-ə qədər müştərim var idi.

(Ardı var…)

KÖŞƏ YAZARLARI
TOP 10