“Rusiyada əvvəlimci Türk qəzetəsi” – II Hissə Həsən bəy Zərdabi

37 Baxış

Zerdabi1

Senet.az öz oxucularına Azərbaycan milli mətbuatının yaradıcısı, maarifçi Həsən bəy Zərdabinin “Türkologiya” jurnalının 2016-cı il 4-cü sayında çap olunan “Əkinçi” qəzeti ilə bağlı yazdığı məqaləsini milli mətbuatımız üçün əhəmiyyətli bir qaynaq hesab edərək, çapdan çıxmasının 90 illiyi münasibətilə 2-ci hissəsini təqdim edir.

90 il əvvəl yazılan məqalə “Rusiyədə əvvəlimci türk qəzetəsi” adlanır və o, 1926-cı ildə Bakıda əski əlifba ilə Azərbaycan mətbuatının əlli illiyi ilə bağlı buraxılan kiçik həcmli bir kitabda çap olunmuşdu.

… Mənim əvvəlinci köməkçilərim şagirdlərim idi. Onlar yazmaqdan savayı qəzetəni müftə paylamağa, postaya verməkdə kömək edirdilər. Onların hamısı qəzetə oxumaq ilə yazıb oxumağı öyrənmiş idilər və öz vətən dilində qəzetə görəndə çoq şad olurdular. O günü onlar üçün bir böyük bayram olurdu.

“Əkinçi”nin əvvəlinci bədbəxtliqi qubernator Staroselskinin Bakıdən getməgi oldu. Ondan sonra yeni qubernator Biryoğini senzor oldu. Qəzetənin ikinci böyük bədbəxtliqi Osmanlı dəvasının başlanmağı oldu. Nə qədər Osmanlı dəvası başlanmamışdı bir tövr Biryoğni ilə yola gedirdim. Elə ki, dəva başlandı özləri rus olmuyan, amma rus dövlətinə ixlas göstərmək istəyənlər əz on cümlə Biryoğni hər bir cəhətdə artıq diqqət edib qəzetə çıqarmağı dişvar elədilər. “Əkinçi”yə ixtiyar vermişdilər ki, siyasi xəbərləri qeyri-qəzetlərdən götürüb çap eləsün. Amma onlar birisini də çap etməyə qoymadılar və bir tərəfdən də müştərilərimiz dəva xəbəri istiyorlardı. Senzordan təvəqqe elədim ki, özü qeyri qəzetələrin siyasi xəbərlərindən göstərsin ki, hansıları çap etmək mümkündür. Ona da razı olmuyub izn verdi ki, dövlət tərəfdən hər gündə gələn telləri çap edim. Əlbəttə həftədə bir dəfa çıqan qəzetədə bir həftənin müddətində gələn tellərin hamısini çap etmək mümkün degil idi. Çünki hər gündə 2-3 yüz sətrə qədər tel gəlirdi və onlardan seçib lazım olan qədərini də basdırmağə qoymadılar. Xülasə, siyasi xəbərləri basmaq mümkün olmadı və müştərilər məndən çok narazı oldular. Müsəlmanların düşmənləri ki, Staroselskinin vəqtində bir iş görə bilmiyordilər hər tərəfdən “Əkinçi”nin üstə tökülüb onun bağlanmaginə səy etdilər. Jandarma polkovnikinə hər gündə məndən və “Əkinçi”dən adsız donoslar göndərdilər. Jandarma tərəfindən mənim üstümə qarovulçular qoyuldu. Onların birisi mənim rus qulluqçumun qardaşı adına gecələr mənzilimin içində yatırdı, birisi də küçə qapusunda durub mən hər tərəfə gedəndə məni aparub gətirirdi. O vəqtdə mən hər gecə 1-2 saətə quluba gedib bilyard oynuyurdum və o jandarma polkovniki də bəzi vəqtdə mənim ilə oynuyurdu. Onilə belə həftədə bir neçə dəfə o polkovnik məni apardub məndən cavab istiyordu ki, doğrudurmu, filan günü axşam fılankəslərin yanma gedib fılan sözü demisən. Mən ona cavab verirdim ki, fılan saətdə sənin ilə bilyard oynuyurdum. Deyirdi ki, bən özüm də yaxşı biliyorum. Amma neyləyim zakon belədir, gərək xəbər alım. Belə danosları bircə jandarmaya versəydilər genə dərd yarı idi. Amma onları vəzirlərə, sərdara və qeyrilərə də göndərirdilər ki, onların cəvabların yazmaqdan biçarə jandarma yorulmuşdu. Amma buniylə belə mən qəzetəni vəqtlərində çıqarırdım. Elə ki, Dağıstanda şuluqluq başlandı “Əkinçi”nin günü dəxi artuq gərə oldu: Bir gün Nəcəf bəy Vəzirovun məqaləsini ki Moskovdan göndərmişdi – vermişdim düzməgə. Məqalədə bir dərviş bazarda dükanların qabağında qəsidələr oxuyub onları elm təhsil etməgə çağırırdı, Senzor qol çəkib çap olmagə icazə vermişdi. Qəzetə çap olub paylanandan sonra qubernatorun hökmünə görə o nömrəni bağlayub məni istədilər. Gedib gördüm ki, mənim Minasovum oradadır.

Qubernator buyurdu ki, Minasov deyir ki, dərvişin sözlərinin qeyri-mənası var. Ona görə nömrəni bağlıyıb sana hökm edirəm ki, bir qeyri nömrə çap edəsən. Cavab verdim ki, qeyri nömrə çıqarda bilmərəm.

Mən gedəndən sonra qubernator özi bir nömrə çıgardub paylatdı. Çünki nömrə mənim admdan çıqmışdı. Mən təvəqqe elədim ki, dəxi mənim adımdan qəzetə çıqarmasınlar. Bu tövr mən istiyordum ki, qəzetəni vəqtilə bağlayub dəva qurtarandan sonra çıqardım. Amma müsəlmanların düşmənləri əl çəkmədilər. Bir gün gimnaziyanın direktoru bana məlum elədi ki, sərdarın hökmünə görə gərək mən Yekatirinadar şəhərinin gimnaziyasına müəllim gedəm. Ona görə mən ərizə verib qulluqdan çıqdım. Çünki mən Bakıdan çıqıb müsəlman işlərindən kənar olmağı özüm için ölüm hesab edirdim.

Dəva qurtardı, amma mənim Bakuda qalmağım müşkül oldu. Padişahlıq qulluğuna məni götürmədilər və bakılılardan heç kəs məni qulluğa götürmədi. 1-2 yerdə cəmiyyət qulluğuna gəlmək istədim ki, amma məni seçkidə qərələdilər və qərəliyənlər də Bəkü müsəlmanları oldu ki, oraya xaricilərdən intixab etdilər. Belə də mən nəinki, “Əkinçi”ni çıqarda bilmədim, hətta Bakuda da qala bilməyib öz kəndimizə köçüb getdim.

 Əski əlifbadan çevirən: Vilayət Cəfərov

KÖŞƏ YAZARLARI
TOP 10