Rusiyada Azərbaycan Mədəniyyəti həftəsi

2 Baxış

moskvaBu gün Rusiyanın 33 regionunun paytaxtı olan Vladimir şəhərində Azərbaycan Mədəniyyəti həftəsi start götürür.

16-20 fevral tarixlərində Vladimir vilayətinin kitabxanasında keçiriləcək tədbirin qonaqları ölkəmizin məişət və ənənələri ilə tanış olacaqlar, həmçinin milli mahnı, musiqi və rəqslərə həsr olunmuş bayram proqramında iştirak edəcəklər.

Bundan əlavə, fevralın 19-da kitabxanada “İpək yolu” unikal kolleksiyasının müəllifi, öz işlərində Azərbaycan tətbiqi sənətinin ənənələrinə riayət edən dizayner Vafa Priyevanın yaradıcılıq gecəsi keçiriləcək.

Azərbaycan həftəsinin son günü milli mətbəxə həsr olunacaq.

report.az

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10