Rusiyanın Xalq artisti Bakıda tamaşa hazırlayır

44 Baxış

liliyaNoyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində “Məhəbbət tanqosu” baleti nümayiş olunacaq.

Senet.az xəbər verir ki, tamaşanın quruluşçu baletmeysteri Rusiyanın Xalq Artisti, tanınmış xoreoqraf Liliya Sabitovadır.

Tamaşanın əsas mövzusunu böyük sevgi və nifrət, sevimli qadına sahib olmaq uğrunda mübarizə, amansız intiqamdan bəhs edən xoreoqrafik dram təşkil edir. Bütün bu hadisələr alovlu və coşqun tanqo stilində təqdim olunur.

Səhnə əsərinin əsas partiyaları truppanın aparıcı solistləri Xalq Artisti Gülağası Mirzəyev, Əməkdar Artist Samir Səmədov, aktyorlar Səlminaz Mirzəyeva və Veronika Arazova ifa edəcəklər.

Qeyd edək ki, teatrda tamaşanın ilk premyerası 2013-cü il mayın 14-də baş tutub.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10