Rüstəm Behrudi AYB üzvü olmaqdan niyə imtina edib? – AÇIQLAMA

8 Baxış

Rüstəm_Behrudi

Rüstəm Behrudi

Senet.az xəbər verir ki, Rüstəm Behrudi özünün “Facebook” səhifəsində AYB-dən ayrılmağı ilə bağlı yazıb. Şair bildirib ki, AYB-nin ədəbi orqanlarında bircə dəfə də olsun doğum günlərində adı çəkilməyib. “Mən az qala 30 ilə yaxındır ki, əvvəllər SSRİ Yazıçılar İttifaqının, sonradan Azərbaycan Yazıçılar birliyinin üzvü oldum. Tanrı şahiddir ki, o təşkilatdan heç bir umacağım olmadı. AYB-nin ədəbi orqanları bircə dəfə də olsun, doğum günlərində adımı çəkməyib. Niyə?! Görəsən şeirləri Türk dünyasında dillər əzbəri olan bir şairə bu cür münasibət hardan qaynaqlanır? Bir quruca təbrikə nə deyirsiniz, əfəndilər?”

Sonda isə “AYB üzv olmaq məsuliyyətindən özümü bu gündən qurtarmış hesab eləyirəm” – deyə, şair qeyd edib.

 

Bölmə : Manşet