Səbir – Qısa hekayə

9 Baxış

hg

Saçı dümağ olmuş qocanın üzündəki qırışlar, susuzluqdan cadar-cadar olmuş torpaq kimi sevincə həsrət qalmışdı. Artıq öz ömrünü başa vurmaqda olan, tərpənəndə kobudcasına cırıldayan, səsi hətta qonşudan da eşidilən stulunda oturub Xocalıya ədalət gözləyirdi.

Əllərinin qabarına baxanda, əkib-becərdiyi, ayaq aldıqca uzanan zəmilərin üstündən əsən külək sanki üzünə toxundu. Əlini uzadıb qrafindən özünə su süzdü. Aldığı qurtum boğazında düyünlənib qalan sonuncu həqiqəti də yuyub apardı.

Çox yorğun olmağına baxmayaraq, özündə güc tapıb yerindən qalxdı və əyilib yerə səpələnən səbrini bir-bir yığmağa başladı. Döyənəyi daş-kəsəkdən xıncımlanmış, dəstəyi “naqan” dan düzəldilmiş əl ağacı ilə səbrini üst-üstə toplayanda nərdivan kimi düz göyə qədər uzandı. Əl ağacını kənara tullayıb nərdivandan möhkəm-möhkəm yapışdı. Gözləri sual dolu qocaya maraqdan elə bir güc gəldi ki, üzü yuxarı birnəfəsə qalxdı. Qalxıb gördü ki, Allahı öldürüblər.

Nurlan RÜSTƏMOV

Bölmə : Ədəbiyyat
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10