Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutu daha bir Azərbaycan şairinin divanını əldə edib.
Senet.az xəbər verir ki, Ağqoyunlular və Səfəvilər dövründə yaşamış (XV-XVI əsrdə) Azərbaycan şairi Əhməd Şövqi Təbrizinin lirik şeirləri toplusunun – divanının Ankara Milli Kitabxanasında saxlanan nüsxəsinin surəti tapılıb.
Təzkirələrdə verilən məlumata görə, Şövqi Təbrizi uzun ömür yaşayıb, Şah İsmayıl Xətainin oğlu Sam Mirzənin katibi – münşisi vəzifəsini icra edib, sonradan mühacirət edərək 1547-ci ildə Kabildə vəfat edib.
Şairin anadilli divanına onun qəzəl, qəsidə, mürəbbe, müxəmməs, tərkibənd, tərcibənd, mərsiyə, müstəzad, rübai, bayatı və gəraylılar daxildib.