“Şəhid anası” Şəmil Sadiq yazır…

115 Baxış
126391121_3687074351337566_2829719060452112314_n

Şəhid Raqib Hüseynovun anası Rəna anamızın timsalında bütün Şəhid analarına ithaf edilir.

Şəhid anası

İçində fırtına, çölündə qürur!
Cismində soyuq var, ruhunda atəş…
Bayrağı köksündə, daş kimi durur!
Şəhid Anası!

Nə ağlaya bilir, nə ağı deyir,
Üzünə baxmağa utananlara,
Möhkəm olun, deyib, təsəlli verir,
Şəhid Anası!

Balam qurban getdi, vətən yolunda!
Niyə ağlayırsınız, o ölməyib ki!
Deyir, oynayaram, Vətən toyunda
Şəhid Anası!

Anacan, ağlama, şəhid olarsam,
demişdi gedəndə, o can parçası!
Gözlərim qan ağlar, deyir, ağlasam,
Şəhid Anası!

Əlində yaylığı, gözündə hüzn!
Onun arzuları yetim qalıbdı,
Deyir, arzuların ömrümə düzün !
Şəhid Anası!

Biz sənə oğuluq, deyir, oğullar!
Susur, nə hə deyir, nə də ki olmaz!
İçində hayqırır, içindən qopur!
Şəhid Anası!

Balamın nişanı, toyu da bayraq!
Bu mənim fəxrimdir, belə oğlum var!
Deyir, qoy sevinsin, gülsün bu topraq!
Şəhid Anası!

… ölüm olmayaydı, laylasın deyir..
Tabutu çiynində, eliylə birgə
Özünü dik tutub öndə yeriyir!
Şəhid Anası!
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10