Şəkili Odər – Şəmil Sadiq

65 Baxış

18290020_10210178576673260_180847740_o (1)

İdari işlərin sıx zamanında telefonuma bir zən gəldi… Ad var idi, amma sadəcə “Şəkili Odər” yazmışdım…

Tanıyıram, amma öz adını bilmirəm… Çünki bu adam ildə bir-iki dəfə zəng edər, yeni kitab varmı deyə soruşardı…

Bir İsa Muğanna aşiqidir. “OdƏrlər” romanımı oxuyandan sonra özlüyündə məni İsa Muğannanın varisi hesab edər, Ustada gələn Ünün artıq mənə ötürüldüynə inanır. Düzdür bir neçə nəfər bu mövzuda fikrini bildirən, gəlib görüşənlər olub. Bir dəfə də Lənkəranda iki Odər gəlmişdi.

Amma bu Şəkili OdƏr tam başqa adamdır. Sadə insandır, nə diplomu var, nə də xüsusi savadı. Müxtəlif yerlərdə fəhlə, qaravul işləyir. Hətta latın qrafikası ilə oxusa da, yaza bilmir. Ustad yazıçı İsa Muğannanın bütün əsərlərini oxuyub, bəzən ordan ilhamlanaraq öz yozumlarını təqdim edir.

Danışdıq və gəldi. “Yuxu maşını”nı götürməyə gəlmişdi. Bir az söhbət etdik, ruhum təzələndi adamın saflığı və intellekti ilə. Ruscası da müəkəmməldir, fikirlərini tez-tez rus ədəbiyyatı və tarixindən gətirdiyi faktlarla zənginləşdirə bilir.

Bir neçə maraqlı yozumunu sizinlə də paylaşmaq istədim. Deyir ki, OdƏr dili doğrudan da var, çünki şəkidə Kiş kəndində Sodər adlı bulaq var. Həttta Sodər adam adları da var ki, bu gün bəzi qədim qəbir daşlarının üstündə hələ də qalır. Və əlavə edib vurğulayır ki, Sodər Ana ifadəsi şəkidə məşhurdur. Köhnə kişilər daha çox işlədir. Bu Sodər sözünü Muğannanın ƏsOdər kəlməsi ilə əlaqələndirir və rus dilindəki “Sudar” və “Sudarniya” kəlimələri ilə Sodəri və Odəri, ƏsOdəri məntiqi şəkildə eyni ifadə adlandırır. Çünki Sodər ana ifadəsinin qarşılığı kimi, rus dilindəki Sudarniya sözlərinin bir kökdən olması mülahizəsinə hər iki ifadənin hörmətli qadın mənası verməsi ilə bağlayır…

Danışdıqca gözlərinin içi parlayır və dediyinə böyük bir dilçi kimi əmindir. Hətta dilçi alimlər belə araşdırmalarını bu cür inamla təqdim etməkdən çəkinərdilər. Hətta Sudarniya ifadəsini ƏsOdƏrÜney kəlməsi ilə bağlayıb türkün Umay anası olduğu iddiasına gəlir.

Çox söhbət etdik, daha başqa mətləblərə toxunduq, kitab hədiyyələrimi verdim və sağollaşdıq.

O gedəndən sonra bir anlıq son zamanlarda oxumuş bəzi ziaylılarla bu oxumamış ziyalını qarşıladırdım, fəxrlə “türkəm və bizim tarix uludur deməsi heyrətə gətirdi məni”. Axı necə olur, son zamanlar istər Azərbaycanda, istərsə də Türkiyədə yetərincə türk düşməni peyda olub, halbuki tarix və etmiologiyidan yetərincə məlumatları var. Bir sadə kəndlinin bu cür dərin düşünə bildiyi halda, “oxumuş”ların o cür çıxışlarını sadəcə piyada prinsipi ilə müqayisə etmək olar ki, kimlərsə onları oynadır və istədiyi yerə aparır.

Bu cür sadə etnoqrafiya daşıyıcıları olduqca, yaşayar və bitmərik…

Onlarsa bir atımlıq barıt kimi parlayacaq və sönəcəkdir.

Yaxşı bir jurnalist olarsa, kişi ilə müsahibə alarsa, nə qədər mətləblərə toxunduğunu görə bilərik!

Gün pozitiv enerji axını ilə başladı, Ün eşitdim sanki…

P.S. Şəkili Odərin adı Vaqif Mahmudovdur…

KÖŞƏ YAZARLARI
TOP 10