Səlim döyər yoxsa İsmayıl? – Məzahim Mustafazadə yazır

131 Baxış

IMG_1399

Deməli belə. Son dövrlər yaman məni narahat edən bir məqam var. Bu ərzi-halımı sizinlə bölüşmək istərəm. Demək qardaş son dövrlər əsas mövzu hədəfi şuo-biznesçilərdən, futbolçulardan qurtarıb indidə düşüblər bizim dəyərli tarixi şəxsiyyətlərin üzərinə. Bu yandan bəziləri bu şəxsiyyətləri təhqir edir, bu biri yandandan da bəziləri “dəlicəsinə təəssübkeşlik” edib “şah babamız” adı altında radikalcasına əslində fərqinə varmadan düşmənə xidmət edirlər. Mən sizə birinci “ziyalılardan” deyil də, bu radikalistlərdən danışım.

Bir səhifədə bir şəkil gördüm. Şəkildə: iki ayrı pəncərədə iki böyük türk fatehi Səfəvi şahı Şah İsmayı və Osmanlı sultanı Səlim Yavuz verilmişdi. Bu səhifənin admini eləmə təmbəllik altdanda belə yazıb Şah babamız, o birisinə isə yezid Səlim J Məndə mədəni bir şəkildə qardaşın mesaj qutusuna yazdım ki, “bəy siz axı niyə belə edirsiniz? Biz bu kini, nə vatxa qədər saxlamalıyıq qəlblərdə? Nə vaxta kimi düşmənlərimizi sevindirməliyik. Nə vaxta kimi babalarımızın səhvini təkrarlamalıyıq – Avropanın(xristian siyasətinin) qurbanı olmalıyıq özümüz öz əlimizlə? Gözünə döndüyüm “bəy”də başladı ki, Nə bilim siz türk deyilsiz, osmanlılar 70 min şiəni qırıb.

Düz bir saat bu “bəy”lə yazışmam zamanı mən bu qardaşa başa sala bilmədim ki, “dini təriqət mübarizəsi bizim TÜRKLÜYÜMÜZÜN bölünməsi üçün səbəb ola bilməz. Axı özünü Türk adlandıran şəxs necə osmanlını Türk saymaz. Ya siz dini fanatsız, yada yalançı türkçü.”

Xülasə, mən bu söhətdən sonra tamamlilə anladım ki, “Dərya yaxşıdı,yoxsa Xose”, “Vam dam döyər yoxsa Ceki Çan” söhbətləri bitib, indidə düşülər bizim dəyərli tarixi şəxsiyyətlərimizi üstünə. Ərgən uşaq xarakterli bu təəssübkeşlər TARİXİN VƏ TARİXŞÜNASLIĞIN, TÜRKLÜYÜN VƏ MİLLƏTÇİLİYİN, ƏN ƏSASI DA MİLLİ TURAN MƏFKURƏMİZİN İNKİŞAFINA BÖYÜK XƏLƏL GƏTİRİRLƏR. ÖZLƏRİ BƏLKƏ DƏ BİLMƏDƏN DÜŞMƏNİN SİLAHINA ÇEVRİLİRLƏR. X. Nizamümülkün dediyi kimi: “TURANÇILIĞI BİRİNCİ QƏLBLƏR VƏ EYİNLƏRDƏ, SONRASA SİLAHLARDA TƏTBİQ ETMƏK LAZIMDIR”

 

 

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10