Səltənətsiz islamın sonuncu xəlifəsi – SULTAN ƏBDÜLMƏCİD

110 Baxış

640px-Portrait_Caliph_Abdulmecid_IISonuncu Osmanlı sultanı

Abdülməcid (Əbdülməcid)Osmanoğlu son İslam xəlifəsi və son Osmanlı padişah-vəliəhdi olmuşdur. Osmanlı xanədanının yeganə rəssam üzvüdür və dövrünün Türk rəssamları arasında yer almışdır.  Sultan Əbdüləzizin oğlu olmuşdur və  29 May 1868-ci ildə İstanbulda doğulmuşdu. Anası Hayranıdil xanıməfəndi idi. 1876-cı ildə atasının taxtdan endirilməsindən sonra 1908-ci ilə qədər İcadiyədəki köşkündə sənətlə (rəssamlıqla) məşğul olaraq yaşadı.

Şəhzadəğan Məktəbində xüsusi təhsil görərək yetişmişdi. Dövrün saray ənənələrinə uyğun olaraq alafranga həyata maraq duydu. II Məşturtiyətin elanına qədər köşkündə ailəsiylə birlikdə xaricə bağlı olaraq yaşadı.

Şəkil və musiqi sənəti ilə çox yaxından bağlı idi. Bir sənətçi və sənətçi himayəçisi olaraq 1909-cu ildə qurulan Osmanlı Rəssamlar Cəmiyyətinə fəxri rəhbərlik etdi. Ölkədə və xaricdəki müxtəlif sərgilərə hesabatlarını göndərdiyi bilinən Abdülməcid Əfəndinin əsərlərindən biri Parisdəki böyük illik sərgidə sərgilənmişdi. Hərəmdə Beethoven, Haremde Goethe, Yavuz Sultan Səlim adlı tabloları 1917-ci ildə Vyanada Türk rəssamlar sərgisində nümayiş etdirildi. Xüsusilə portret sahəsində müvəffəqiyyətli idi. Ən əhəmiyyətli portretlərini biri dövrünün məşhur şairi Abdülhak Hamit Tarhanı potretidir. Qızı Dürrüşehvar Sultanın oğlu Ömər Faruk Əfəndinin Potreti ən tanınan əsərlərindəndir.

Şəkil qədər musiqiyə də böyük maraq duyan Abdülməcid, ilk musiqi dərslərini Feleksu Kalfadan aldıqdan sonra Macar pianoçu Hegyei və skripka virtuoz Carl Berger ilə çalışdı. Skripka, pianino, violonçel və klavesin çalan Abdülməcidin üzərində köhnə Türkçə hərflərlə adının yazılı olduğu 1911 istehsalı qiymətli piyanosu Dolmabahçe Sarayında 48 nömrəli otaqda saxlanmaqdadır. Çox sayda bəstəsi olduğu bilinir ancaq əsərlərinin az qismi tanınmaqdadır.

Abdülməcid istər şəkil istərsə piano təhsili üçün Fransaya çox sayda şagird göndərmişdir. Şəkil təhsili üçün Parisə göndərdiyi Hüseyin Avni Lifij ilə dostluğu uzun illər davam etdi.

1918-ci ildə Vahdəttinin taxta çıxması ilə vəliəhd oldu. Bu dövrdə oğlu Şahzadə Ömər Faruk Əfəndi, əmisi Sultan Vahideddinin kiçik qızı Sabiha Sultan ilə evləndi.

1 noyabr 1922-ci ildə səltənət qaldırıldıqdan sonra Abdülməcidin vəliəhdliyi ləğv edildi. Sultan Vahdettinin Türkiyədən sürgün edilməsi ilə 18 Noyabr 1922-ci ildə TBMM-nin əksəriyyət səsləriylə xəlifəliyə seçildi.

3 Mart 1924-cü ildə  xəlifəlik lağv edildi və  xanədan üzvlərinin yurd xaricinə çıxarılması qərarı alındı. Abdülməcid dərhal o gecə  İstanbul polis müdiri tərəfindən tələsik  Dolmabahçe Sarayında alınaraq avtomobil ilə Çatalcaya aparıldı və İsveçrəyə hərəkət edən ilk qatara mindirilib Türkiyədən sürgü edildi. İsveçrəyə çatdığında, o ölkənin qanunlarına görə birdən çox əslin ölkəyə girməsinə icazə verilmədiyi səbəbi ilə sərhəddə bir müddət çıxarıldı ancaq bu gecikmədən sonra ölkəyə qəbul edildi. Bir müddət İsveçrədə Leman gölü sahilindəki Böyük Alp Otelində qaldıqdan sonra Fransanın Nice şəhərinə keçdi və ömrünün geri qalanını orada tamamladı.

640px-Caliph_Abdulmecid_II_of_the_Ottoman_EmpireSürgün illərində xanədanın ənənəvi protokolunu israrla tətbiqə davam etdi. Cümə namazlarını Paris Böyük məscidində qılardı. Evlənən Sultan və şahzadələrin nikahlarını qıyarak, öz tuğrasını daşıyan sənədlər payladı. Yaraşıqsız davranışlarda olan şahzadələri xanədandan ixrac etdiyini bildirən sənədlər hazırladı. Xanədanın İraq neftləri üzərindəki haqqlarından faydalana bilmək üçün yaradılması planlaşdırılan ailə birliyi gərəyi Vahdeddin ilə ortaq bir vəkalət verməsi tələb edilib xəlifə və ailənin rəsmi rəisi olduğunu iddia edərək ortaq vəkalət verməyi rədd etdi. Beləcə Akim qalan bu cəhdin nəticəsində xanədan umduğu faydanı təmin edə bilmədi. Qızı Dürrüşehvar Sultanı və qardaşı oğlu Nelüfer Xanım Sultanı Heydərabad Nizaminin oğullarıyla evləndirdi. Bu yolla dünyanın saylı zənginlərindən olan qudası Heydərabad Nizamından maddi dəstək gördü və maliyyə çətinliyi çəkmədi.

Ərəb, fars və Fransızcanı da daxil olan 6 xarici dil bilən Abdülməcid, qızı Dürrüşehvar Sultan tərəfindən mühafizə edilmiş 12 cildlik Hatıralar kitabını qələmə aldı.

23 Avqust 1944-cü ildə sürgündə olduğu Parisdə ürək infarktından öldü. Qızı Dürrişehvar  Sultanın prezident İsmət İnönü müraciət etsə də, səylərinə baxmayaraq cənazəsi Türkiyəyə qəbul edilmədi. Cənazəsi Türkiyəyə qəbul edilməyincə, Paris Böyük məscidində 10 il qədər gözlədildi və Məscidi qəyyumun heyətinin cənazəni daha çox tutamayacaklarını bildirməsi üzərinə Mədinəyə nəql edilərək Baqi qəbiristanlığına dəfn edildi.

 

Məzahim Mustafazadə

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10