“Səməd Behrəngi” mükafatının təqdimatı olacaq

20 Baxış

semedMartın 12-də, saat 12-də AYB-nın Natəvan klubunda “Səməd Behrəngi” adına ədəbi müsabiqənin mükafatlandırma mərasimi keçiriləcəkdir.

Bu barədəMükafat Komitəsinin sədri Sayman Aruz məlumat verib. O, bildirib ki, Azərbaycan Yazıçılar Birliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan www.litdiaspora.az-ın təsis etdiyi Qaliblər tədbirdə bəlli olacaq.

Xatırladaq ki, müsabiqə 5 nominasiya (şeir, esse, araşdırma kitabı, hekayə, məqalə) üzrə keçirilib və hər nominasiya üzrə birinci və ikinci yerlər seçilib. İkinci yerlərə diplom, birinci yerlərə isə diplom və planşet hədiyyə olunacaq.

Senet.az

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10