Bu gün Səməd Vurğunun ev muzeyində Xalq Şairinin anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbiri və həmçinin “Xan” nəşriyyatında çap edilmiş “Səməd Vurğun – Xatirələrdə” kitabının təqdimat mərasimi keçirilib.
Senet.az saytı xəbər verir ki, tədbirdə Ədəbiyyat İnistutunun Professoru Məmməd Əliyev, kitabı tərtib edən və redaktoru Aslan Salmansoy, kitabın naşiri Müşfiq XAN və başqaları iştirak edirdi.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Nüşabə Vəkilova açaraq qonaqları salamlayaraq, Şairin Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən danışdı.
Çıxış edənlər qonaqlara kitab haqqında ətraflı məlumatlar verib, Səməd Vurğunun həyat və yaradıcılığın öyrənilməsində əvəzsiz kitab olduğunu vurğuladılar.
“Səməd Vurğun – Xatirələrdə” kitabı “XAN” xatirə ədəbiyyatı silsiləsidən çap edilmiş sayca 26-cı kitabdır.
Kitabda toplanan xatirələr ustad şairin həyat və yaradıcılığının bir çox qaranlıq tərəflərinə aydınlıq gətirir, bir çox əsərlərinin tarixçələrini dəqiqləşdirməyə, hətta naməlum əsərləri haqqında bilgi almağa imkan verir.