“Səməd Vurğunun ev-muzeyi” adlı albom işıq üzü gördü

12 Baxış

108166_18iyusi7ug

Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun ev-muzeyi 1975-ci ildə açıldığı gündən Vurğunsevərlərin, ədəbiyyatsevərlərin poeziya ocağına çevrilib. 

2015-ci ildən muzeyin S.Vurğunun istedadlı övladlarını – Azərbaycan mədəniyyətinin inkişafında əvəzsiz rol oynamış Xalq yazıçısı Yusif Səmədoğlunun və Xalq şairi Vaqif Səmədoğlunun da irsini əhatə etməsi bu məkana yeni aura gətirib. Beləcə, muzey öz fəaliyyət dairəsini daha da genişləndirib. Qapıları şeirə, sözə, musiqiyə hər zaman açıq olan bu muzeydə ədəbi gecələr, kitab təqdimatları, xatirə günləri, sərgilər, elmi konfranslar keçirilir.

2016-ci ildə “Şərq-Qərb” nəşriyyatında Aygün Vəkilovanın layihəsi əsasında hazırlanmış “Səməd Vurğunun ev-muzeyi” foto albomu muzeyin yarandığı gündən ədəbi-ictimai fəaliyyətini, orada, o cümlədən, hər üç ədibin müxtəlif yüksək mədəniyyət mərkəzlərində keçirilən yubiley tədbirlərini öz səhifələrində əks etdirir. Nəşrin redaktoru Fəlsəfə doktoru Nüşabə Babayeva-Vəkilova, tərtibatçıları Əsli Quliyeva və Səidə Abdullayevadır.

320 səhifəlik nəfis tərtibatlı nəşrdə ayrı-ayrı elm və mədəniyyət xadimlərinin Səməd Vurğun, Yusif və Vaqif Səmədoğlular haqqındakı fikirləri verilib, nadir fotolar bu albomu daha da zənginləşdirilib.

Nəşrin sonunda böyük Vəkilovlar nəslinin şəcərəsi və ev-muzeyi binasının görüntüsü əks olunub.