Şəmil Sadiq: “Bu gün lüğətçilik sahəsində problem çoxdur”

192 Baxış

manshethazir

Elxan Nəcəfov: “Dialekt və köhnəlmiş sözlərin bəzisinin ümumişlək hala gətirilmisənin vaxtıdır”.

 

Tərcümə Mərkəzində “İşlək orfoqrafiya lüğəti”nin işçi qrupunun ilk toplantısı keçirildiyi ilə bağlı xəbər vermişdik. Toplantıda “Azərbaycan dilinin orfoqrafiya lüğəti” haqqında tənqidi fikirlər səslənmiş, mərkəzin direktoru Afaq Məsud “İşlək Orfoqrafiya lüğəti” hazırlayacaqlarını bildirmişdi.

Sözügedən məsələ ilə bağlı dilçi-alimlərə müraciət etdik.

F.ü.f.d Şəmil Sadiq Tərcümə Mərkəzinin bu addımının müsbət olduğunu bildirib: “Tərcümə Mərkəzinin bu məsələni bir daha aktuallaşdırması, bəyəniləndir. Lakin digər tərəfdən də təəssüfləndirici haldır. Həmişə demişəm, əgər Dilçilik İnstitutu öz vəzifəsini yerinə yetirməyəcəksə, bu məsələdən əziyyət çəkən və ya aidiyyəti olan şəxslər və qrumlar bu cür işə başlayacaqlar. Əslində isə bu da Tərcümə Mərkəzinin birbaşa işi deyil. Zənnimcə, Orfoqrafiya lüğətinin içindəki xırdalıqlarda öncə Nazirlər kabineti tərəfindən Lüğətlərin hazırlanması qaydaları, alınma sözlərin dilimizə gətirliməsi ilə bağlı sənədə yenidən baxılmalıdır ki, bundan sonra lüğətləri hazırlamaq olar. Nazirlər kabinetinin bununla bağlı sənədi 2004-cu ildə hazırlanıb, bildiyim qədəri ilə yeni bir sənəd də yoxdur. Bu gün, ümumiyyətlə, lüğətçilik sahəsində porblem çoxdur. Bu təkcə orfoqrafiya lüğəti ilə bağlı deyil. Orfoepiya lüğəti ən son keçən əsrin 80-ci illərində Əziz Əfəndizadə tərəfindən hazırlanıb. Neologizmlər lüğəti yoxdur. Məncə Tərcümə Mərkəzinin böyük xidməti onda olardı ki, alınma sözlərin bu gün dilimizdə işlədilməsi ilə bağlı vahid bir qaydalar toplusu hazırlasın. Bu birbaşa onların işinə aiddir ki, yeni tərcümə olunan əsərlərin tərcüməçiləri üçün çox vacibdir. İstənilən halda bu sahədə böyük problemlər var, hər bir vətəndaşın həyəcan siqnalı çalması təqdirə layiqdir”.

Filoloq Elxan Nəcəfov məsələ ilə bağlı bu fikirləri səsləndirib: “Mənim fikirimcə, əgər hazırlanacaqsa bu lüğət “İşlək orfiqrafiya lüğəti” deyil, “İşlək sözlər lüğəti” olsun. Çünki bizim əsas çətinliyimiz təkcə sözün necə yazılmağında deyil, həm də söz yaradıcılığı sahəsində olan problemdir. Dilimizin öz daxili imkanları hesabına yeni sözlər yaratmaq mümkündür. Həmçinin dialekt və köhnəlmiş sözlərin bəzisinin ümumişlək hala gətirilmisənin vaxtıdır. Alınma sözlərlə müqayisdə bu orfoqrafiya baxımından da rahatlıq yaradar. Mətbuatda da bununla bağlı müxtəlif dövrlərdə müzakirələr gedib. Hər kəsin istəyi odur ki, ədəbi dilə yeni söz gələndə  dilimizin lüğət fondunda olan qarşılığı ilə əvəz edilsin. Bir çox dillər bundan istifadə edir. Bir çox sözlər var ki, orfoqrafiyası qeyri-müəyyən olaraq qalır. Belə sözlər texniki tərəqqi ilə bağlı və ya markaların adları ilə bağlıdır. Məsələn,  Hundai, selfie, wifi, modem, power-point, windows, business-center və s. kimi sözlər heç bir dil qrumları tərəfindən orfoqrafiya baxımından dəqiqləşdirilməyib. Çox çətin işdir, amma başlamaq lazımdır. Kim edəcəksə, hansı təşkilat edəcəksə hazır olandan sonra irad bildirmək üçün hazırlaşmaq deyil, elə bu başdan kömək olmaq lazımdır”.

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10