Şəmil Sadiq “Hədəf”in gələcək hədəflərindən danışdı

92 Baxış

shemilsadiq

“Hədəf” nəşriyyatı yay mövsümündə böyük bir kompaniyaya başlayıb. Belə ki, nəşriyyatda bədii ədəbiyyat silsiləsindən “Xatirə ədəbiyyatı”na start verilib.

Senet.az xəbər verir ki, “Hədəf” nəşriyyatının rəhbəri Şəmil Sadiq AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib ki, hazırda “Xatiratım” silsiləsindən Hüseyn Şərifin və Əliağa Şıxlinskinin xatirələri və “Mustafa Kamal Atatürk haqqında” xatirələr nəşrə hazırlanır.

Nəşriyyatda həmçinin Azərbaycan Cümhuriyyəti dövründə Türkiyədə təhsil almağa göndərilən İsmayıl Sarıyevin Türkiyədə vaxtilə dərc edilmiş cümhuriyyət dövrü və sonrakı-1918 və 1920-ci illər Bakısı üçün xarakterik olan “Bakı ruzigarı” kitabı çap ərəfəsindədir.

Ş.Sadiq bildirib ki, həmçinin mühacir ədəbiyyatımızın nümayəndələrindən dilçilik üzrə ən böyük alimimiz Mirzə Kazım bəyin “Uyğurlar haqqında”, “Bab və babilər”, “Şeyx Şamil və müridizm” də daxil olmaqla üç böyük əsəri çapa hazırlanır.

Nəşriyyatın şəbəkəsinə daxil olan Kitabevim.az-ın “Uşaq klubu”nda ayda bir dəfə olaraq uşaq oxu kitablarının müzakirəsinin keçirildiyini bildirən Ş.Sadiq bəzən güzəştli “Xatirə kartı” deyilən bir vasitədən də istifadə olunduğunu söyləyib. “Xatirə kartı” daha çox hədiyyə xarakteri daşıyır.

Yaxın 2-3 ildə gəncləri və uşaqları daha çox mütaliəyə cəlb etməyi bacaran kollektivin böyük uğurlarından biri də gənc yazarların təmənnasız təbliğidir ki, bu yeni yetişməkdə olan gənc qələm adamlarının yaradıcılığına böyük təkan verir.

Ş.Sadiq bildirib ki, klassiklərə hörmətlə yanaşan nəşriyyat 2016-cı ilədək xalq yazıçısı Əzizə Cəfərzadənin təkcə tarixi romanlarından ibarət iyirmiyə yaxın əsərini də nəşr etmək qərarındadır.

 

KÖŞƏ YAZARLARI
TOP 10