Şəmil Sadiq “İlin Gənc Alimi” adına layiq görüldü

34 Baxış

fersla

Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq “İlin Gənc Alimi” adına layiq görülüb.

 

Senet.az xəbər verir ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası Şəmil Sadiqi diplomla təltif edib.

 

Alimə diplom Nizami Gəncəvi adına Ədəbiyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli tərəfindən institutun 85 illik yubileyi münasibətilə keçirilən tədbirdə təqdim olunub.

 

İsa Həbibəyli Şəmil Sadiqin “Ədəbiyyatşünaslıq elmi sahəsində 2018-ci ildə səmərəli fəaliyyətə görə” bu ada layiq görüldüyünü bildirib.

 

O, gənc alimə gələcək işlərində uğurlar arzu edib.

 

Bu mükafatı 40 illik yubileyi ərəfəsində alan yazıçı bunu gəncliyin son notlarının mükafatı kimi dəyərləndirib:“Bu mənim üçün sürpriz oldu. Ədəbiyyat İnstitutunda işləməsəm də, “İlin Gənc Alimi” nominasiyasına layiq görülmək bir başqa zövqdür. Hələ ki, bu mukafa layiq görülməyim bədii yaradıcılığımın, həyat fəlsəfəmin ustadı İsa Muğanna haqqında yazdığım monoqrafiya və elmi araşdırmalarım da xüsusi vəsilə olması bir başqa aləmdir”.

 

fersla2

Bölmə : Bölməsiz, Manşet
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10