Şəmil Sadiqlə “V Bakı Beynəlxalq Kitab Sərgisi”ində görüş və imza günü keçiriləcəkdir

8 Baxış

21766743_1471465079596159_9203975966277754990_n

Tanınmış yazıçı Şəmil Sadiqlə “V Bakı Beynəlxalq Kitab Sərgisi” çərçivəsində imza günü və görüş keçiriləcəkdir.

28 sentyabr 2017-ci il tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası 5-ci dəfə öz qapılarını kitabsevərlərin üzünə açdı. Sərgi 28-30 sentyabr tarixlərində Bakı İdman Sarayında (Əl Oyunları İdman Sarayı) iki gün davam edəcəkdir. 
Sərgidə, “Hədəf”, “Xan” nəşriyyatları və “Kitabevim.az” mağazalar şəbəkəsi yüksək səviyyədə istirak edir. Tədbir çərçivəsində “Xan” nəşriyyatı tərəfindən çapa hazırlanan “Tanıdığım Nazim Hikmət” xatirə kitabının müəllifi Orxan Qaravəli və  Azad Qaradərəli ilə görüş və imza günü keçirilmişdir.

Həmçinin iki gün davam edəcək sərgidə “Hədəf” və “Xan” nəşrləri tərəfindən nəşr olunan kitablar yarı-yarıya qiymətlərlə oxuculara təqdim ediləcəkdir.

Qeyd edək ki, tədbir çərçivəsində “Hədəf”, “Xan” nəşriyyatları stendində bir çox tanınmış yazıçılarla görüş və imza günü keçiriləcəkdir.

KÖŞƏ YAZARLARI
TOP 10