“Sənət hekayələri”ndəki insan taleləri

102 Baxış

mustafacemenliMənzər Niyarlı 

İstedadlı yazıçımız Mustafa Çəmənlinin “Sənət hekayələri” kitabı qarşımdadır. Oxuyuram və heyrətlənirəm. Müəllif bu kitabda bizi tanıdığımız, sənətinə vurulduğumuz Azərbaycanın tanınmış incəsənət inciləri və unudulmuş, unudulmaqda olan sənət fədailərinin həyat və yaradıcılığı ilə tanış edir. Oz poetikliyi ilə seçilən bu sənədli hekayələrin, oçerk və esselərin hər birində insan taleyi dayanır. Bu sənətkarların səhnə fəaliyyətləri, sənətə gəlişlərinin sevincli və kədərli anları, gozlənilməz, qeyri-adi faktlarla dolu həyatları bizi heyrətləndirməyə bilmir. Bu da “Sənət hekayələri”ni yazan yazıçının istedadından, zəhmətindən, sənətə olan sonsuz məhəbbətindən xəbər verir.

Ağdamın Çəmənli kəndində dünyaya goz açan Mustafa Çəmənlinin gordüyü ilk sənət adamları Gülablı kəndindən onların kəndinə gəlib oz gozəl səsləri ilə çalıb-oxuyan aşıqlar olub. Müəllif kitabın ilk səhifəsində yer almış “Yaddaş” adlı çox dəyərli yazısında uşaqlıq xatirələrindən də söz açaraq yazır: “Məni valeh edən əyinlərində vəznəli çuxa, bellərində gümüş kəmər, başlarında buxara papaq, qara qaş altında parlayan qara gozlər, qara zurnanı “kişnədən” korüklənmiş ovurdlar, kürsülü evimizin damına çıxıb “Uzundərə”siylə qonum-qonşunu başımıza yığan Gülablı aşıqları idi”. Mustafa Çəmənli bu Gülablı aşıqlarından çox illər sonra boyük-boyük sənət adamlarını gorür, onların sənət yolunda fədakarlıqlarının şahidi olur və ozü də bilmədən yaradıcılığının ikinci qolu olan publisistikaya bağlanır.

Mustafa Çəmənlinin yaradıcılığı üç xətt üzrə inkişaf edir. O ən əvvəl yazıçı kimi yaradıcılığa başlayır. Paralel olaraq jurnalistika sahəsində də ozünü sınayır. Müəllif yazacağı hər bir oçerkdən əvvəl dünyasını dəyişən sənət adamlarının dostları ilə, yaxınları ilə gorüşür, dəyərli faktlar əldə edir və bundan sonra onları esse, sənədli bədii nəsr əsərləri səviyyəsində oxuculara təqdim edir. Önəmli cəhət burasıdır ki, onun bu sənət hekayələrində süni, qondarma bir cümləyə belə rast gəlmirsən.

“Xallı gürzə”, “Ölüm mələyi”, “Fred Asif”, “Ruhların üsyanı” kimi romanları ilə sevilən yazıçı Mustafa Çəmənlinin publisistikası da oxucuda maraq doğurur. Onun sənət adamlarına həsr etdiyi kitablarını, esse və oçerklərini oxuduqca bizim Mustafa Çəmənliyə «həm də gozəl sənətşünasdı» deməyə haqqımız çatır.

Tanınmış jurnalist F.Xəlilzadə çox doğru olaraq yazır: “M.Çəmənlinin dili çox şirəli, səlis, ürəyəyatımlıdır. Əsərlərinin ideyası, məzmunu oz yerində, dil şirinliyi ilə cəzbedicidir. Hər bir əsərində personajın oz təhkiyəsi, ləhcəsi, danışıq tərzi var. İstər romanları, istərsə də publisistikası yaddaqalandır”.

İstedadlı yazıçı-dramaturq Əli Əmirli yazır: “M.Çəmənli yeganə yazıçıdır ki, ifaçılıq sənətinin bütün qatlarına məharətlə, peşəkarcasına nüfuz edə bilir. Xan Şuşinski, Əbülfət Əliyev, Şovkət Ələkbərova, Səxavət Məmmədov, Xanlar Haqverdiyev kimi onlarca unudulmaz ifaçıların sənətindən soz açan, onların yaradıcılıq yoluna işıq salan, musiqi ifaçılıq tarixində hər birinin yerini-yurdunu müəyyənləşdirən M.Çəmənli omrünün müdrik çağını faktiki olaraq həqiqi əməkdar incəsənət xadimi kimi qarşılayır, bu adın rəsmiləşdirilməsi isə taleyin, bəlkə də, əlaqədar təşkilatların işidir”.

Haqlı sozə nə deyəsən! Mustafa Çəmənlinin Azərbaycan Televiziya və Radiosunun “Qızıl fondu”nda 100-dən çox musiqili ədəbi verilişi saxlanılır. Bu sənədli yazılarda və hekayələrdə oxucu maraqlı faktlarla, heyrətamiz informasiyalarla rastlaşır. Müəllifin dilindəki rəvanlıq, sadəlik onun bu tipli əsərini daha da oxunaqlı edir. Elə bil Mustafa Çəmənli hər bir sənət qəhrəmanının ozü ilə üzbəsurət oturub onun danışığını, hərəkətlərini izləyib. Müəllifin “Sənət hekayələri”ni oxuduqca yaddaşımızda neçə-neçə xanəndənini səsi canlanır. Oxucunu belə bir duyarlıq həddinə çatdırması heç şübhəsiz yazıçının uğurudur.

Sənət sehrdir. Sehrsiz, əfsunsuz sənət ürəyə yol tapa bilməz. Biz müəllifin hər bir hekayəsində bu sehri görürük. Mustafa Çəmənli “Sənət hekayələri”nin qəhrəmanı olan hər bir sənət adamının həyatından çox ibrətamiz anları tapıb əbədiləşdirməyi bacaran yazıçı-publisistdir. Xalq artisti Ramiz Quliyevə həsr etdiyi “Sənətin sehri” essesində “…tar çalanlar saysızdır, tarı “oxudanlar” isə tək-tükdür” qənaətinə gələn müəllif tarzənin qastrol səfərindən də söz açaraq onun qürbətdə yaşayan azərbaycanlılarla gorüşlərini də qələmə alır. Tarzənin Türkiyədə çaldığı hər bir mahnının sehrinə düşən dinləyicilərdən biri də əslən azərbaycanlı olan yaşlı kişidir. Ramiz Quliyevin solo konserti bitdikdən sonra həmin kişi ona yaxınlaşıb əlindəki mizraba baxaraq: “Vətəndən torpaq gətirmisənmi?” – soruşur. “Yox” cavabını eşidən həmin adam Ramiz Quliyevdən mizrabını ona bağışlamasını xahiş edir. “Öləndə, – deyir, – vəsiyyət edəcəm bu mizrabı mənim gozlərimin üstünə qoysunlar”.

Yazıçının mühacir həyatından gotürülmüş “Səs qərib olmur” hekayəsində vətən həsrətini çəkən bir müğənninin taleyindən söz açılır. Bu xanəndə məşhur muğam ustası Məşədi Məmməd Fərzəliyevdir. Azərbaycanda ad-san qazanmış xanəndə Məşədi Məmməd keçən əsrin 20-ci illərində Türkiyəyə gedir və bir daha vətənə qayıda bilmir. Ustad tarzən Əhsən Dadaşov Türkiyədə qastrol səfərində «Rast» çalarkən salonda əyləşmiş qoca bir kişi – Məşədi Məmməd Fərzəliyev vəcdə gələrək oxumağa başlayır. Müəllif bu səhnəni çox inandırıcı, təbii boyalarla təsvir edir: «…Sanki sehrli bir əl tamaşaçıları bir anda daşa döndərmişdi. Qocanın səsi ucalan zaman kim hansı vəziyyətdə idisə, elə o vəziyyətdə də qalmışdı.

Sahilini aşıb-daşan bu çayın qabağını heç kəs kəsmək istəmirdi. Əksinə, adamlar bu çayın axarına düşməyə, onun məcrasına qovuşmağa can atırdılar.
Tarzən yerdən qəfil ucalan bu səsdən diksindi, bir an tarın üstünə əydiyi başını qaldırdı. Salona baxdı. Lakin həyəcandan kimsəni görə bilmədi. Ancaq səs ona doğma gəldi. Bu səsi haradasa eşitmişdi. Harada? Yadına sala bilmirdi.

Tarzən çalır, qoca şövqlə oxuyurdu. Salonda bir dəniz sakitliyi vardı. Bir-birini qovan ləpələrin həzin pıçıltısı, son nəğməsini oxuyan səməndər quşunun fəryadı! Səhnədə tarzən, salonda – qoca! Onlar bir-birini haraylayan, çağıran İsaq-Musaq quşlarına bənzəyirdilər. Sanki onlar bu qədim xalq əfsanəsinin içərisindən çıxaraq bir-birini tapmışdılar.
Qoca öz yanıqlı səsiylə ətrafa od salmışdı. O öz «Rast»ı ilə keşməkeşli ömrünün tablosunu çəkirdi. Onun tablosu təbiətin min bir rəngindən süslənmişdi.

“Rast” bitib tükənmirdi. Qoca xanəndə qatarından ayrı düşmüş qərib bir durnaya bənzəyirdi. Tənhalıq haqqında vida nəğməsi oxuyurdu. Onun səsi ağ bir göyərçinə dönmüşdü. Qanadlarını geniş açaraq uçur, uçurdu…”
Etiraf edək ki, həyatda olan hər hansı bir şəxsiyyət haqqında bu cür hissiyyatla, peşəkarcasına yazmaq, həm bədii çaları, həm də sənədliliyi unutmamaq, əksinə, bunları qovuşdurmaq hər yazara nəsib olmur.
Müəllifi bu cür sənədli hekayələr yazmağa sövq edən səbəbi aradım. Bu barədə xeyli düşündüm. Və bunun səbəbini yazıçının elə öz yazısında tapdım.

Mustafa müəllim yazır: “Hər axşam həsrət və intizarla yola saldığım günəşi səhərlər Xəzərin aynasına boylanan gorəndə uzaq səfərdən sonra sahilə yan alan nəhəng bir gəmini xatırlayıram. İnsanlar da belədir, onlar da doğan və batan günəşə bənzəyirlər. Lakin hər doğulan işıq saça bilmədiyi kimi, hər dünyasını dəyişən də yenidən doğulmur. Ancaq elə tarixi şəxsiyyətlər var ki, illər keçsə belə, oz boyük əməlləri sayəsində yenidən doğulur, minnətdarlıq hissi ilə daim yad olunur”. Müəllifin Hüseynqulu Sarabskiyə həsr etdiyi “Məcnunun Məcnunu” oçerk-essesindən götürdüyümüz bu sətirlər onun istək və məramını dəqiq əks etdirir.

Maraqlı cəhət burasındadır ki, yazıçı öz sənət qəhrəmanlarının həyatından bizə məlum olmayan, yaxud az bəlli olan mətləblərdən söz açır. Bunu biz müəllifin “Ürəyimdə qalan sözlər”, “İlk Azərbaycan rəqs ansamblı”, «Xalq musiqisində müharibə ovqatı”, “Muğamlarımızda “Bayat” gizlinləri”, “O illərin nəğmələri”, «Sarəng ürəyinin səsi», «Bir şair bəstəkarın taleyi” və b. yazılarında aydın görürük.

Müəllif “Ürəyimdə qalan sözlər” essesini dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr etmişdir. Yeri gəlmişkən deyək ki, müəllifin Üzeyir bəyə, onun sənətinə sevgisi sonsuzdur. Təsadüfi deyildir ki, Mustafa Çəmənli Üzeyir bəyin “Leyli və Məcnun” operasının 100 illiyi münasibətilə 2008-ci ildə “Leyli və Məcnun” – 100 il səhnədə” adlı sənədli bədii ensiklopediyasını çap etdirmişdir. “Ürəyimdə qalan sözlər” essesində isə müəllif  Üzeyir bəyin həyatından – Sovet dövründə yazılıb çap edilməsi mümkün olmayan mətləblərdən, bəstəkarın ilk dəfə Azadlıq meydanında səslənən bugünkü himnindən, Cümhuriyyət dövründə – 25 aprel 1920-ci ildə “Azərbaycan” qəzetində çap etdirdiyi “Surna” adlı felyetonundan bəhs edir, onun həyatının bizə məlum olmayan özəlliklərindən söz açır.

Mustafa Çəmənlinin “Borc” adlı hekayəsi də Üzeyir Hacıbəylinin həyatından bəhs edir. Müharibə dövründə birinə borclu olan bir nəfər borcunu qaytarmaq üçün çox adama müraciət edib borc istəyir, ancaq heç kəs ona pul vermir. Təsadüfən müharibənin belə ağır günündə açıq pəncərədən musiqi səsini eşidib ürəklənir, üzünü həmin evə tutur. Qapını açıb içəri girir. Pianinonun arxasında Üzeyir bəyi gorüb heyrətlənir. “Mən: – Üzeyir bəy! – deyə qeyri-ixtiyari pıçıldadım. O, mehribancasına gülümsədi, astaca: – Gəl, gəl! – dedi. Elə dedi ki, elə bil çoxdan məni gozləyirdi. Ancaq yəqin bildim ki, o məni heç vaxt gorməyib. Mən isə… Mən onu çox gormüşdüm, teatrda, iclaslarda. Musiqisi mənim ürəyimə koçmüşdü. – Bağışlayın. Sizə mane oldum, – dedim. O məni səslədi: – Oğlan, utanma, de gorüm sənə nə lazımdır?
– Pul. Borc istəyirəm. – Ozüm də istəmədən soz ağzımdan güllə kimi çıxdı.
– Evin baş tərəfinə keç, kitab dolabının üstündə vaza var, pul ordadır, gotür, – dedi və çondü, heç vaxt eşitmədiyim bir melodiyanı səsləndirməyə başladı. Gedib vazanın içindən pulu gotürdüm».
“Borc” hekayəsi, həqiqətən də, Üzeyir bəyin çox böyük insani keyfiyyətlərini açıb göstərən bir hekayədir.

Müəllif ağır zəhmətin hesabına ərsəyə gətirdiyi bu kitabında muğam bilicilərindən olan, gozəl səsi ilə yaddaşlarda yaşayan Seyid Şuşinskini iyirmi il tarda müşayiət edən tarzən Kamil Əhmədovun həyat yolundan da soz açıb. Oçerkin adını isə «Oxuyan barmaqlar» qoyub. Həqiqətən də, Kamil müəllimin çaldığı hər bir muğam ürəkləri riqqətə gətirirdi. Oçerkdə Kamil Əhmədovun musiqi texnikumuna gəlməsi, burda ilk dəfə Üzeyir Hacıbəyli ilə gorüşməsi, bəstəkarın onu skripkaçı gormək istəməsi, onun tara bağlandığı üçün etirazı oz əksini tapmışdır. Tara olan məhəbbəti Kamili inadından dondərmir və o, Mirzə Mənsurun tar sinfinə qəbul olunur. Kamil Əhmədov not dərsini isə tarzən Əmrulla Məmmədbəylidən oyrənir.

Mustafa müəllim dəfələrlə Kamil Əhmədovla gorüşmüş, onun “Segah”da “Təxti-gah”ına, “Bayatı-Kürd”də “Kürdü”sünə, “Bayatı-Qacar”da, “Zəmin-xarə”sinə, “Şah Xətai” şobələrinə qulaq asmış, onun Seyid Şuşinski, Adil Gəray, Əmrulla Məmmədbəyli haqda xatirələrini dinləmişdi. Bütün bu görüşlərin nəticəsi olaraq onun haqqında çox dəyərli “Oxuyan barmaqlar” adlı esse-oçerkini yazmışdır.

“Bir adın ünvanı” oçerkində “Qatar” muğamının gozəl ifaçısı müğənni Cahan Talışinskayanın həyatından bəhs olunur. Adını, səsini çox az adamın eşitdiyi bu qadın müğənnini bizə sevdirməyi bacarır. Cahan xanımın həyat yolu heç də asan olmamışdır. Bu xanım müğənni səsinə gorə sevilirdisə, səsinə gorə də başı bəlalar çəkir. Əfqanıstan şahı Əmənullah Bakıda qonaq olarkən onun şərəfinə konsert verilir. Cahan xanım da bu konsertdə oxuyur. Əmənullah şahın arvadı ona bir qızıl saat bağışlayır. Repressiyanın tüğyan etdiyi vaxtda Cahan Talışinskayanı səhəri gün HKVD-yə çağırırlar və çox keçmir ki, o, Qazaxıstana sürgün edilir. Müğənni sürgün həyatını başa vurub əvvəl Tiflisə, daha sonra Bakıya qayıdır. Müəllif bu müğənninin «Leyli və Məcnun»da Leyli, “Əsli və Kərəm”də Əsli, “Aşıq Qərib”də Şahsənəm rollarında oynamağından, əzabkeş aktrisanın yenidən Daşkəndə sürgün edilməsindən yazır. Cahan xanım yalnız Stalinin olümündən sonra bəraət qazanıb vətənə qayıdır.

Mustafa Çəmənli bir faktı da oxucunun nəzərinə çatdırır. Mehdi Hüseynin “Yeraltı çaylar dənizə axır” əsərinin prototipinin Cahan xanım olduğunu deyir.
Bəlkə də, bu qeyri-adi səs tembrinə sahib olan bu qadın sürgün həyatı keçirməsəydi Şovkət Ələkbərova, Sara Qədimova, Tükəzban İsmayılova və başqaları kimi məşhurlaşar, fəxri adlar da ala bilər və yaddaşlarda yaşayardı.

Etiraf edim ki, Mustafa Çəmənlinin “Sənət hekayələri” kitabının məziyyətlərini bir məqaləyə sığışdırmaq çətindir. Bu kitab ayrıca bir tədqiqat əsərinin, monoqrafiyanın mövzusudur. Çünki “Sənət hekayələri” kitabı öz mövzu əhatəsinə, yazılış tərzinə, tutumuna, tərtibinə görə əslində bədii bir ensiklopediyadır. Bu kitabda kimlər yoxdur, kimlərin adı xatırlanmayıb. Molla Pənah Vaqifdən, Aşıq Valehdən, Qasım bəy Zakirdən, Xan qızı Natəvandan, Üzeyir bəy Hacıbəylidən, Müslüm Maqomayevdən, Qılman Salahovdan, Cəfər Cabbarlıdan, Səməd Vurğundan, Mirkazım Aslanlıdan, Novruzlu İsgəndərdən, Süleyman Ələsgərovdan, Firidun Şuşinskidən, Qulam Məmmədlidən, Xosrov Fərəcovdan, Qafar Namazəliyevdən, Zöhrab Abdullayevdən, ilk rəqs ansamblından və bu ansamblın mahnı və rəqs ansamblına çerilməsi tarixindən, ayrı-ayrı rəqqas və rəqqasələrindən, Aşqabad Azərbaycan teatrından bəhs edən bu kitabda Hüseynqulu Sarabski, Əhməd bəy Ağdamski, Əli Zülalov, Xan Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərli, İsmayıl Eloğlu, Sona Mustafayeva-Bağırova, Şirzad Hüseynov, Xanlar Haqverdiyev, Səməd Səmədov, Hacıbala Hüseynov, Adil Gəray, Şövkət Ələkbərova, Sara Qədimova, Bikə Səmədzadə, Kamil Əhmədov, Simuzər Hətəmova, Əbülfət Əliyev, Yaqub Məmmədov, Gülağa Məmmədov, Habil Əliyev, Əlibaba Məmmədov, Elman Bədəlov, Mürşüd Məmmədov, Ramiz Hacıyev, Xaləddin Xəlilov, Arif Babayev, Süleyman Abdullayev, Canəli Əkbərov, Səxavət Məmmədov, Mənsum İbrahimov və Nəzakət Teymurova haqqında yazılan oçerk və esselərini xatırlamaq kifayətdir ki, incəsənətimizin böyük mənzərəsini seyr edək, onlarla baş-başa qalaq.

Bəli, yazıçı ömrünün otuz beş ili bu kitabda cəmləşib. Göründüyü kimi, 568 səhifəlik “Sənət hekayələri”ndə mədəniyyətimizin, incəsənətimizin böyük bir dövrü öz əksini tapıb. Kitabda toplanmış hekayə və esselər çox incə zövqlə qruplaşdırılıb. Müəllif hətta ehtiyac bildiyi bəzi oçerk və hekayələrinin yaranması, radioda nə vaxt, hansı saatda səslənməsi, hansı qəzet və jurnalda çap olunması barədə çox yığcam, amma yaddaqalan xatirələr də yazıbdır. Hətta əsərə əyanilik, sənədlilik ovqatı qatan şəkillərin yerləşdirilməsində belə yenilik hiss olunur. Burada yazıçı-publisist Mustafa Çəmənlinin həm də naşirlik istedadı da diqqəti cəlb edir

“Sənət hekayələri” kitabı bütövlükdə mənə ayrı-ayrı fəsillərə bölünmüş böyük bir romanı xatırlatdı. Əminəm ki, bu sənət romanının dəyəri zaman keçdikcə birə on qat artacaqdır.

Bölmə : Manşet, Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10