“Sən həmişə sənsən” – Yanuş Şablitski

90 Baxış

 a48551153df0

Senet.az oxucularına dünya elmi-fantastik ədəbiyyatı antologiyası rubrikasından polyak ədəbiyyatının görkəmli nümayəndələrindən olan Yanuş Şablitskinin “Sən həmişə sənsən” hekyasini təqdim edir.

Nə qədər istəməsən də, videonun ekranı nəhəng maqnit kimi diqqəti özünə çəkir. İndi o, üstünü pərdə almış, donmuş göz kimi ölüdür. Onun belə vəziyyətdə mümkün qədər çox, daha yaxşısı isə həmişəlik, Günəşin primitiv həyat formalarını oyatmağa qabil olmayan və ya heç olmasa, dəstəkləyə bilməyən buza dönəcəyi vaxta qədər qalmasını sən necə də istərdin!

Üç gün əzab içində düşünüb-daşınıb bunu edəndən yanm saat sonra qapı kəskin şəkildə açılıb laboratoriyaya iki keşikçi girəndə səndə işlərinin firıqlaşmağa doğru getməsi fikri oyandı. Amma onda işlərin bu qədər pis olacağını ağlına belə gətirməmişdin.

-Nə vaxtdan şəxsi laboratoriyaya icazə almadan gəlməyə başlayıblar?! – sən hirslə qaşqabağını töküb yazı stolunun arxasından soruşdun.

Lakin təəssüf ki, keşikçilər bunu veclərinə də almadılar.

-Sizdən xahiş edirlər ki, təcili qərargaha gələsiniz, – içəri birinci girən birnəfəsə dedi.

Sən birdən özünü elə hiss etdin ki, sanki, səni gips qilafin içinə salıblar.

-Nə üçün? – sən bayaqkından bir qədər inamsız soruşdun.

-Mən bilmirəm. Yerində deyərlər.

-Kim dəvət edir?

-Mən bilmirəm. Biz sizi yalnız girişə qədər müşayiət etməliyik.

-Müşayiət etməli? – sən təkrar etdin və həm deyim tərzinlə, həm də baxışınla bu sözün yersiz olmasını, onu deyənin isə səlahiyyətlərini dəhşətli dərəcədə aşdığını anlatmağa çalışdın.

-Əmr belədir, – o, soyuqqanlıqla dedi. – Xahiş edirəm, onun yerinə yetirilməsini çətinləşdirməyin. İnanın ki, biz güc tətbiq etməyi xoşlamırıq. Olduqca. Biz dərhal getməliyik!

Sən gözucu divarın dibindəki kağız üçün zibil qabına baxdın və vərəqlərdən bir ovuc yağlıca qara kül qaldığına əmin olandan sonra ağır-ağır yerindən durub stolun arxasından çıxdın və başını məğrur qaldınb – əlindən gələn yeganə etiraz forması bu idi – qapıya yönəldin.

Komandor Salveni dostcasına gülümsündü, amma əvvəllər etdiyi kimi yerindən qalxmayıb üstü rəngarəng düymələr və cürbəcür söndürüb-yandıranlarla dolu nəhəng stolunun arxasında qaldı. Sən bunu da daha bir xoşagəlməz əlamət saydın və özünü, əgər belə demək mümkündürsə, xeyli narahat hiss etdin. Amma üzdə göstərmədin…

-Belə qəribə… dəvətə görə nəyə borcluyam? – sən üz-gözünü turşudub soruşdun.

Amma komandor Salvenini, yeri gəlmişkən, bunu sən lap çoxdandan bilirdin, divara dirəmək o qədər də asan deyildi.

-Professor, ümidvaram ki, sizi bir o qədər də vadb işlərdən ayırmadım? – o, lütfkarlıqla soruşdu. – Oturmaq istəmirsiniz? Bir-birimizə bəzi şeyləri izah etməliyik, buna isə, zənnimcə, xeyli vaxt lazım ola bilər.

-Mənə gəldikdə isə, izah etməli bir şey görmürəm, – sən həvəssiz dilləndin, amma təklifdən istifadə etdin. – Amma sizdən izahat gözlədiyimi gizlətməyəcəyəm.

Komandorun üzündə görüşün əvvəlindəki xoş ifadə qalmaqda idi.

-Əziz professor, etiraf edim ki, sizi bir qədər qəribə…tərzdə dəvət etsəm də, inanın ki, bunun ciddi səbəbləri var, – o mülayimcəsinə dedi. – İnanıram ki, onları biləndə, məni bağışlayacaqsınız.

Bu yerdə sən özünə komandorun gözlərində parlayan xoş mehribanlığa aldanmağa imkan verdin. Səndə işlərin yaxşı qurtara biləcəyinə ümid oyandı.

-İşləriniz necə gedir? İrəliləyiş var? – Salveni sərbəst, yüngülvari söhbəti başlamaq həvəsində olan insan kimi soruşdu.

-Əlbəttə! – sən tələsik dilləndin. – Amma komandor, siz bilirsiniz ki, bizim işin sürətini və deməli, nəticələrini adicə vaxtın keçməsi ilə ölçmək mümkün deyil, özü də, nəzərə alsaq ki, biz, ümumiyyətlə, yeni bir şey, tamamilə orijinal, nəinki insan fikrinin nailiyyətlərindən irəli gələn, hətta təbiətin özündə belə analoqu olmayan bir şey yaradırıq.

-Həəə, – komandor sözü uzadaraq dar mundir içindəki sinəsini qabağa verdi. Onun üzündə qayğı əks olundu. – Bu mövzuya nə qədər ümid bəslədiyimizi, onun uğurla başa çatdırılmasının nə qədər vacib olduğunu siz çox gözəl bilirsiniz. Bundan başqa, – onun səsi yavaşıdı, – mən, sadəcə, sizi çox istəyirəm. Bir insan kimi. Və buna görə də bizi maraqlandıran mövzu üzrə başqa bir izah veriləcəyinə ümid edirdim.

Bütün bu eşitdiklərindən sonra toqquşmadan qaça və ya heç olmasa, onu bir qədər təxirə sala biləcəyinə ümid qalmadı. Onların bu son günlərdə başladığın oyunun sirrini, onun arxasında duran niyyətləri aça bilməyəcəklərinə bəslədiklərin ümidlər bir anda puç oldu. Hər şey indicə, elə buradaca, sən getməmişdən həll olmalıydı! Sən qeyri-iradi əsməsini saxlaya bilmədiyin əlini cibinə şaddın. Dəsmalını tərləmiş alnında, sulanan gözlərində gəzdirdin və özünün tanınmaz olmuş səsini eşitdin:

-Mən, həqiqətən də… nə dediyinizi heç başa düşmürəm…

Komandor başını yellədi.

-Məncə, bəla burasındadır ki, siz lap nahaq yerə bizi kütbeyin hesab edirsiniz. Hər halda, bu, mənim üçün o qədər də gözlənilməz deyil: sizlərdən çoxunuz belə səhvə yol verirsiniz, çünki elmi onun qarşısında düzgün məqsəd qoymaqdan, bəhrəsindən istifadə etməkdən xeyli yüksək tutursunuz. Heç bircə anlığa düşünmüsünüzmü ki, biz, sizin yolunuzdan bütün məişət problemlərini götürən, sizə işləmək üçün əsl istilik şəraiti yaradan, yaradıcılıq prosesinin düzgün getməsi üçün zəruri hesab etdiyiniz hər şeylə sizi təmin edənlər olmasa, siz nə edərdiniz?

Niyə heç cür başa düşə bilmirsiniz və ya sadəcə, başa düşmək istəmirsiniz ki, sizin və bizim əziyyətlərimizin nəticəsi eyni bir medalın iki üzü, federasiyanın təhlükəsizliyinin və deməli, sizin də qüdrətinizin bünövrəsi, əsasıdır? Əlbəttə, sizin, elm nəhənglərinin açdığı cığırla biz tam sərbəst irəliləyə bilməsək də, bir şeyi nəzərə alın ki, biz də öz işimizin ustasıyıq! Bir şeyi də nəzərə alın ki, alimlərlə əməkdaşlığımız bu gün başlamayıb. Deməli, sizləri tanımağa kifayət qədər vaxtımız olub: bilirik ki, sizə tam etibar etmək mümkün deyil, ən münasib olmayan vaxtda sizin beyninizdə tamamilə irrasional, sadəlövh prinsiplər yaranır və siz heç bir səbəb olmadan vicdan əzabı çəkməyə başlayırsınız. Belə anlarda aydın olur ki, siz bizim üçün, bizim böyük işimiz üçün tamamilə faydasız olub birdəfəlik itirilmisiniz.

Vaxt qazanmaq və fikrini cəmləmək üçün sən diqqətini yarıaçıq pəncərəyə yönəltdin. Uzaqda dübbədüz keşikçi qüllələrinin günbəzlərində günəş şüaları sayrışan qalaçaları və qravitasiya kilidlərinin şəbəkəli konstruksiyaları görünürdü. Sən yavaş-yavaş sakitləşirdin. Yaxşı götür-qoy etsən, görərsən ki, onlann nə fikirləşməsindən asılı olmayaraq sənin əlində kifayət qədər əsaslar var ki, onların səni gərəksiz zibil kimi bir yana tullamalarına yol verməyəsən! Sən hələ onların söhbətə nədən başlayacağı barədə fikirləşirdin: sənin, onların fikrincə, çirkli niyyətlərindən əl götürməyin müqabilində cənnətmi vəd edəcəklər, yaxud səni dərhal divara qısnayıb fiziki təhdid qarşısında bu və ya digər dərəcədə hər bir insanın, xüsusilə də ziyalının daxilində olan qədim dövrlərdən qalma qorxunu oyatmağa çalışacaqlar.

Sən başını tərpətdin. Baxışlann yenə də komandor Salveni-nin diqqətli nəzərləri ilə toqquşdu.

-Hə, mən daim nəzarət altında olmuşam? – sən kifayət qədər sakit soruşdun.

-Bəs necə!

-Bəs nəticə necədir?

Komandor bir neçə saniyə susdu.

-Bilirik ki, burada bizi inandırmağa çalışdıqlarınıza rəğmən, iyunun on ikisindən siz xeyli irəliləmisiniz. Sözlərim cəfəngiyat kimi səslənməsin deyə… – o, cəld hərəkətlə stolunun yeşiyini açdı, əlini atıb oradan bir neçə vərəq götürdü və stolun üstündən sənə uzatdı.

Sən cəld onları gözdən keçirtdin və özünü olduqca pis hiss etdin. Əlbəttə, bu, sənin bu yaxınlarda heyifeilənmədən yandırdığın vərəqlər ola bilməzdi, amma geniş, bir qədər nahamar xətt, şəksiz, sənə məxsus idi. Vərəqlərdə həmin o çevirmələri, eyni şərhləri gördün. Ən əsası da bu idi ki, onlann sonunda gəlinən nəticə verilmiş və ciddi uğur əldə etmək üçün hansı istiqamətdə irəliləmək lazım olduğu göstərilmişdi.

Həmin vərəqlərdən sən onlan yandıranadək bircə anlığa da ayrılmamışdın. Lənət şeytana, bəs onların surəti komandorun əlinə necə düşüb? Bir qədər tələm-tələsik düşünəndən sonra bu fikrə gəldin ki, bunun bircə izahı ola bilər. Yazı stolu. Sənin indiyədək onlar üçün yaratdıqlarının hamısı məhz həmin balaca, xeyli köhnə stolun arxasında yaradılıb. Deməli, sənin nə etdiyini tam nəzarətdə saxlamaq üçün, bəlkə də, lap əvvəldən sənə etibar etmədiklərindən, ola bilsin ki, hətta hamıya və hər şeyə şübhə ilə yanaşdıqlarından stola nəsə ötürücü qurğu quraşdırmışdılar. Bəs necə olub ki, sən lap əvvəldən bu barədə fikirləşməmisən və özünü şəxsi işlərinə kobud müdaxilədən sığortalamamısan! Sən dodağını elə bərk dişlədin ki, ağzında qanın duzlutəhər dadını hiss etdin.

Salveni diqqətlə sənə baxır, sən isə bu zaman qeydlərinin aşkarlanmasının nə ilə nəticələnəcəyi barədə düşünürdün. Sən ikinci dəfə, bu dəfə xeyli sakit, tələsmədən kağızları bir də vərəqlədin. Sonuncu cümləyə çatanda sinəndə yüngüllük hiss etdin. Bir müəllif kimi sənin üçün aydın olan qeydlər başqaları üçün, demək olar, heç nə demirdi. Problemin cövhəri, onun həlli üçün açar əvvəlki kimi yenə də sənin beynində idi. Ona isə imkanlarının, şübhəsiz, hədsiz olmasına baxmayaraq, onlar, çox güman, hələ ki yol tapa bilməmişdilər!

-Sizdən belə münasibəti qəti gözləmirdim, görün məni neçə ildir tanıyırsınız, – sən heç bir günahın yoxmuş kimi komandorun gözünün içinə baxa-baxa sakitcə dedin. – Bəli, mən materialı məhv etmişəm, amma sizin güman etdiyiniz səbəbdən deyil, tamam başqa səbəbdən!

Salveni üzünün ifadəsini dəyişmədən əlini cibinə saldı, port-siqannı çıxardıb siqaret götürdü. Dərin bir qullab vurdu.

-Hə, bəs bunu nə üçün etmisiniz?

-Çünki bu materiallann tamamilə faydasız olduğunu anladım. Əlavə təhlillər aparandan sonra aşkarlanan səhv onların tamamilə yararsız olduğunu göstərdi.

-Hər halda, müqaviləyə görə, siz onlan bizə verməliydiniz!

-Yaxşı, hər şeyi tam etiraf edim, – sən köks ötürdün. – Bu, adicə məğrurluğun nəticəsidir. Əslində, heç kim səhvini boynuna almağı xoşlamır. Mən başqalarından nə yaxşı, nə də pis deyiləm!

-Beləəə, – Salveni sözü deyib, tavana tüstü şırnağı buraxdı. – Bax indi mənə hər şey aydındır! – O, biranlıq susdu, sən isə onun bu sözlərinin arxasında nə durduğunu anlamağa çalışdın: onlar sənin seçdiyin taktikanın uğurundan, yoxsa tam ifla-sındanmı xəbər verir. Amma komandor səni intizarda çox saxlamadı, siqaretin ucunda yaranmış külü külqabına çırpıb sözünü tamamladı. – İnanın ki, professor, mənim üçün nə qədər xoş olmasa da, bizim birgə işləməyimizin bundan sonra qeyri-mümkün olmasını görürəm.

-Mən bunu sizin bu mövzudan tamamilə imtina etməyiniz kimi başa düşməliyəmmi? – sən ehtiyatla soruşdun.

-Qətiyyən yox, – Salveni qətiyyətlə dedi.

Səni hirs boğdu. Barmaqlannla kreslonun hamar qoltuqaltı-sını elə sıxdın ki, dımaqlann ağardı. O, özünü nə hesab edir?! Səni onları lazımınca qiymətləndirməməkdə günahlandırır, amma özü səni lap məntiqi düşünməyi bacarmayan və yaranmış vəziyyətdən lazımi nəticələr çıxartmağa qabil olmayan hərif hesab edir.

-Cəsarətimə görə üzr istəyirəm, – sən hətta kinayəli təbəssümünü gizlətməyə cəhd etmədən sözə başladın, – amma mənə elə gəlir ki, necə deyim, sizi bir qədər çaşdırıblar. Axı hər ikimiz bilirik ki, hər halda, mən belə düşünürəm, bütün dünyada bu materialı düzgün şərh edə və lazımınca qiymətləndirə biləcək bir adam var. O adam da mənəm!

Araya sükut çökdü. Salveni tələsmədən siqaretini külqabına basıb söndürdü. Sonra açıq-aşkar sənin gözlərinin içinə baxmaqdan çəkinərək dedi:

-Müəyyən mənada siz haqlısınız. Amma təəssüf ki, tamamilə yox…

Sən gözlərini döydün, sanki, yatmadığına əmin olmaq istəyirdin.

-Başa… düşmədim, izah etməzsinizmi?

Bu anda eşitdiklərin səni tam heyrətə gətirdi.

-Axı bu tamamilə mümkün olan şey deyil… – sən özünə gəlib danışanda, nəhayət ki, deyə bildin.

-Niyə ki? Çox gözəl bilirsiniz ki, klonlaşdırma çoxdan tətbiq olunur. Nəticələri də gözəldir!

-Daha insanların yox da!

-Elə danışırsınız ki, guya, insanın çoxsaylı heyvan növlərindən biri olduğunu bilmirsiniz.

Sən daha bir neçə dəqiqəlik danışmaq qabiliyyətini itirdin. Amma bu dəfə hirsləndiyinə görə.

-Mən fiziki mümkünlüyü nəzərdə tutmuram, – nəhayət, dilləndin, – məsələnin əxlaqi tərəfini deyirəm.

-Əxlaq çox nisbi anlayışdır, – Salveni dilləndi və bunu elə dedi ki, sanki, ətraf aləm, onda mövcud olan qanunlar haqqında körpə uşaqda düzgün təsəvvür yaratmaq istəyirdi. – Hər şey baxış nöqtəsindən asılıdır. Bizim üçün əsas çıxış nöqtəsi federasiyanın və son nəticədə hamımızın mənafeyidir. Bunun naminə bizdə uzun illər ərzində kök salmış duyğulardan imtina etmək, onları qurban vermək lazım gəlir.

Pəncərədən o tərəfdəki aləm bir dəqiqə bundan əvvəlki kimi idi. Amma sənə elə gəldi ki, birdən tamamilə başqa bir aləmə, müdhiş kölgələr dünyasına düşmüsən.

-Bir şeyi soruşmaq olar? – sən xeyli susandan sonra boğuq səslə dedin.

-Buyurun, – komandor mülayimcəsinə gülümsündü.

-Hüceyrəni… nə vaxt götürmüsünüz?

-Təqribən on bir il əvvəl.

Sən dərhal xəyalında həyatının o dövrünü canlandırdın, amma orada Salveninin sözlərini təsdiqləyən heç nə tapmadın.

-Axı mən bunu bilməliydim! – sən dedin.

Komandor canıyananlıqla gülümsədi.

-Səhviniz var. İndi hüceyrə götürmək manikür etmək kimi asan bir şeydir. Biz sizin ayağınız burxulub xəstəxanada yatmağınızdan istifadə etmişik.

Sən əlacsızlıqla gözlərini yumdun. Həqiqətən də, on bir il əvvəl ayağın burxulmuşdu. Bu çox axmaq bir vəziyyətdə baş vermişdi. Sən pilləkəndə pillələri iki-bir, üç-bir atlana-atlana dəlicəsinə qaçırdın, çünki videofönda səni Lena gözləyirdi. Sən yalnız Lena incə, bir qədər titrək səsi ilə aranızda hər şeyin bitdiyini deyəndən sonra yerə çökdün. Onda bunlar səninlə istədiklərini edə bilərdilər. İndi isə başqa məsələ! Amma Salveni sənə cüzi də olsa ümid verdiyini anlayırmı? Çox güman, anlamır.

-On bir il! – sən komandorun səsinin gecikmiş və bir qədər təhrif olunmuş əks-sədasını andıran səslə dedin. – Bu halda təcrübə baş tutubsa… o, haradasa on yaşında olmalıdır?

-Bəli.

-Deməli, siz hələ ki ondan çox şey gözləyə bilməzsiniz! – sən məmnunluğunu gizlətməyə cəhd etmədən, inamla dedin. – Mən o yaşda olanda həyatda hansı yolu seçəcəyim, bugünkü işimlə məşğul olacağım yatsam yuxuma da girməzdi!

Salveni ağzını açmamış onun gözlərinin ifadəsindən sən bu raundu da bimərrə uduzduğunu anladın.

-Təəssüf ki, professor, sizi kədərləndirməli olacağam. Səhv edirsiniz. Hazırda o, prinsip etibarilə tamamilə yetkin cilimdir. Doğrudur, bioloji baxımdan o, cəmi on yaşındadır, amma biliyinin həcmi və ondan istifadə bacarığı baxımından – xahiş edirəm əsəbiləşməyəsiniz, bu, sadəcə, faktlardır – ən azı, sizin səviyyənizdədir. Sadəcə olaraq, lap əvvəldən onu nə üçün böyütdüyümüzü, hansı işə təyinatlandırdığımızı bildiyimizdən onun nəsə başqa şeylərə vaxt itirməməsinin qayğısına qalmışıq. Bundan başqa, sizdən götürülmüş hüceyrə uşağın deyil, yetkin adamın hüceyrəsi idi… Sizə gəldikdə isə…

Sən nəzərlərini yerə dikdin: sənə elə gəldi ki, birdən-birə tamamilə haldan düşdün. Deməli, nəyi isə düzəltməyin mümkünlüyünə olan ümidlərin puça çıxır.

-Bəs mən necə olacağam? – sən boğazındakı quruluğu güclə dəf edərək boğuq səslə soruşdun.

Komandor Salveni əllərini kreslonun qoltuqaltına qoydu. Onun üzündə yenə də mülayimlik göründü.

-Zənnimcə, siz özünüz də başa düşürsünüz ki, bu vəziyyətdə bizim əməkdaşlığımız qeyri-mümkündür. Heç vacib də deyil.

-Yəni… mən gedə bilərəm?

-Müəyyən mənada.

-Anlamadım.

-Bilirsiniz, biz sizinlə tamamilə ayrıla bilmərik. Siz həddindən artıq çox şey bilirsiniz!

-Lal kimi susmağa söz verirəm!

-Sizin səmimiyyətinizə inanıram, lakin hazırda məsələ bunda deyil. Digər tərəf üçün siz xeyli yağlı tikəsiniz. İnanın ki, onlar da dindirməyi bacanrlar!

-Belə çıxır ki, mən ömrümün qalan hissəsini burada keçirməliyəm?

-Burada sizin üçün bir o qədər də rahat olmaz. Sizi tamamilə təhlükəsiz bir yerə aparacaqlar, orada siz həm də layiq olduğunuz istirahətdən ləzzət alacaqsınız. Bunu vaxtından əvvəl təqaüdə çıxmaq kimi dəyərləndirməyinizi xahiş edirəm.

Gülümsündün. Lakin sənin təbəssümündə kədərdən başqa bir şey yox idi.

-Bizim köməyimizə həmişə arxalana bilərsiniz!

-İcazə versəniz, mən dərhal sizə xahişlə müraciət edərdim, – sən tez-tələsik dedin, çünki komandorun üzünün ifadəsindən başa düşdün ki, o, söhbəti bitmiş hesab edir.

-İmkanım daxilindədirsə…

-İlk sınaq nə vaxt olacaq?

-İstənilən anda ola bilər. Son hazırlıq işləri gedir. Əslində, hər şey, demək olar ki, hazırdır.

-Mən iştirak etmək istərdim.

Salveni, sanki, beyninin içinə nüfuz edib ən gizli niyyətlərini dartıb oradan üzə çıxartmaq istəyirmiş kimi xeyli diqqətlə səni süzdü. Nəhayət, gülümsündü.

-Razıyam. Siz hələlik öz kabinetinizdə qalacaqsınız. Vaxtı gələndə təsviri sizin videofona ötürərik. Sərf edir?

Xatirələr birdən qınlır, çünki videofonun son neçə saat ərzində cansız olan ekranı işıqlanıb rənglərlə dolmağa başladı. Sən kabinetin ortasında yerə mıxlanırsan. Bir neçə saniyədən sonra ekranda Salveninin özündənrazı üzü göründü.

-Hər vaxtınız xeyir, professor, – o, mülayimcəsinə deyir. – Bir neçə dəqiqədən sonra sizə verdiyim sözə əməl edə biləcəyimi bildirmək xoşdur. Sizə yaxşı təsvir arzu edirəm!

Ekranda hər tərəfdən, az qala, şaquli boz qayalann əhatəsində olan xeyli dərin dərə görünür. Bu yeri sən tanımırsan, heç vaxt görməmisən, amma çox yaxşı seçildiyini etiraf etməlisən. Dərənin otlar arasında bir neçə cılız akasiya ağacının baş qaldırdığı mərkəzində bir sürü pavian oynaşır. Deməli, çaşıb sənin beynində doğulmuş dəhşəti birinci onlar hiss edəcəklər! Aralıda, dərənin dibindən, təxminən, altı-yeddi metr hündürlükdə asılan enli daş rəfdə uzunsov civə damlalannı andıran gümüşü skafandrlı adamlar hərəkətdərlrlər. Bu məsafədən sinktator nə üçün tırtıllı qısa platformada quraşdırıldığı məlum olmayan azca batıq adi güzgünü andırır. Əgər orada adamlar varsa, deməli, ona sahə məhdudlaşdıncısı da quraşdırılıb. Bircə məsələ qalır: görəsən, onlar tezliklə güzgünün mərkəzindən çıxacaq görünməmiş gücü dlovlayıb dair bir məkanda cəmləşdirə biləcəklərmi? Hesablamalann nəticələri heç də həmişə birmənalı olmurdu.

Ekranın sol yuxarı küncündə rəqəmlər görünür – 20, 19, 18… Vaxt sayımının başlandığını anlayırsan. Nə üçün o, bu qədər uzanır, rezin kimi dartılır? Sən nəzərlərini daş rəfdə sürünən fiqurlara dikirsən. Görəsən, onlardam hamsı səndən götürülmüş hüceyrənin doğurduğudur, hansına sənin təbiətdən onun bütün sirlərini qopartmaq istəyin keçmişdir? Amma məsaıfə və skaıfandrlar adamlan yaxşı-yaxşı nəzərdən keçirməyə imkam vermir.

10… 9… 8… Platformada hərəkət dayamır. Sən də yerində donursam. Həyəcanın son həddə çatır, o qədər özünü yığışdı-nrsam, videofonun ekramında baış verənlərə o qədər aıludə olursam ki, yumruqda düyülmüş barmaqlamnın ovcuna batdığını və al-qırmızı qan damladan çıxartdığını görmürsən. Yalnız pavian-lar amansız yaxınlaşan ölüm haıqqında heç nə bilmədən qayğısız oynaşırlar.

Ekranda sıfir görünəndə sən qeyri-iradi gözlərini yumursan. Gicgahlarında qanın boğuq zərbələri ilə hesablanan saniyələr ötüb-keçir. Yenidən gözlərini açanda ekranda sənin gözlədiklərin baş vermir. Daş rəfdəki insanlar aşkar əsəbiləşirlər: əllərini yelləyirlər, onların hazırda yaxından çəkilişdə şlem arxasında görünən üzlərində şaşqınlıq oxunur.

Sən başını çevirib nəzərlərini onlar baxan tərəfə yönəldirsən və əvvəlkindən də şən pavian ailəsini görürsən.

Bir neçə saniyə başında taım boşluq duyursan. Sonra qısa fikir burulğanında beyninə yeni bir fikir gəlir. Dərindən köks ötürərək, sanki, rahatlanırsan. Necə olub ki, sən bu barədə dərhal fikirləşməmisən! Axı sənin ikincinə sənin genlərinin taım dəsti, sənin xasiyyətinin xüsusiyyətləri, sənin şüurun keçib. Necə ola bilərdi ki, o, əwəl-aıxır sənin daıha əvvəl gəldiyin fikirlərə gəlməsin?

Mənbə: Dünya elmi-fantastik ədəbiyyatı antologiyası I cild.

KÖŞƏ YAZARLARI
TOP 10