Sən qanmasan – Cəlil Məmmədquluzadə

30 Baxış

3

Sən qanmasan, eybi yoxdur, utanma,

Çünki mən qanıram, mən utanmıram.

 

Mala mal deyiblər, insana insan,

Mən insanı hərgiz insan sanıram.

Sən sanmırsan, eybi yoxdur, utanma.

Çünki mən sanıram, mən da yanıram.

 

Sən demə belədir, budur həqiqət,

Güman etmə sənə mən aldanıram.

Çünki mən qanıram – yanıram od tək.

Çünki mən yanıram – mən də qanıram.

 

“Molla Nəsrəddin”, 25 noyabr 1907. №44